Hava limanlarının inşası ilə bağlı QANUN DƏYİŞİR

Dövlət mülkiyyətində olan hava limanlarının (aeroportların) və (və ya) aerodromların genişləndirilməsi və ya yeni hava limanlarının (aeroportların) və (və ya) aerodromların inşası torpağın alınmasına əsas verən dövlət ehtiyacları siyahısına daxil ediləcək.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa təklif edilən dəyişiklikdə öz əksini tapıb. 
 

Qeyd edək ki, sözügedən qanuna əsasən, torpağın alınmasına əsas verən beş dövlət ehtiyacı təsbit edilib.


Onlar aşağıdakılardır:

Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması;

Sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi;

Müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi;

Dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi;

Dəniz limanının ərazisinin artırılmasıdır.

Beynəlxalq aviasiya təşkilatlarının hava limanlarına dair tələblərinin həyata keçirilməsi, uçuşların təhlükəsizliyinin təmin edilməsinin təkmilləşdirilməsi, hava limanları ətrafında mühafizə olunan təhlükəsizlik zonalarının yaradılması (genişləndirilməsi), yeni uçuş-enmə zolaqlarının tikilməsi, uçuş-enmə zolaqların genişləndirilməsi çərçivəsində bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların alınması zərurəti ortaya çıxır.
 

Lakin, sadalanan məqsədlər üçün torpaqların alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununda öz əksini tapmaması torpaq üzərində mülkiyyət münasibətlərinin tənzimlənməsində və genişləndirmə və tikinti işlərinin operativ şəkildə icrasında çətinliklər yaradır.


Qeyd edilənləri və hava limanlarının xüsusi əhəmiyyətə malik obyektlər olduğunu nəzərə alaraq, dövlət mülkiyyətində olan hava limanlarının (aeroportların) və (və ya) aerodromların ərazilərin artırılması və ya yeni hava limanlarının (aeroportların) və (və ya) aerodromların tikintisi zamanı torpaqların dövlət ehtiyacları üçün alınmasının hüquqi əsası formalaşdırılır.

Bununla yanaşı, bu qanundan irəli gələrək Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.9-cu maddəsinə “dəniz limanının ərazisinin artırılması” sözləri də əlavə edilib.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rəqəmsal inkişafın sürətləndirilməsinə dair Fəaliyyət Planı təsdiqləndi – SƏRƏNCAM

Rəqəmsal inkişafın sürətləndirilməsinə dair Fəaliyyət Planı təsdiqləndi – SƏRƏNCAM

Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək

Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək

Azərbaycan vətəndaşı Türkiyədə qəzada həyatını itirdi – FOTO

Azərbaycan vətəndaşı Türkiyədə qəzada həyatını itirdi – FOTO

Xocavənd şəhərində 41 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Xocavənd şəhərində 41 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Qusarda keçirilən konfransda canlı cərrahi əməliyyat nümayiş olundu - VİDEO

Qusarda keçirilən konfransda canlı cərrahi əməliyyat nümayiş olundu - VİDEO

Çağırışçı bildirişi oxumasa, məsuliyyət DAŞIYIR? - Rəsmi AÇIQLAMA

Çağırışçı bildirişi oxumasa, məsuliyyət DAŞIYIR? - Rəsmi AÇIQLAMA

Rəqəmsal İnkişaf Şurası yaradıldı – Mehriban Əliyeva SƏDRLİK EDƏCƏK

Rəqəmsal İnkişaf Şurası yaradıldı – Mehriban Əliyeva SƏDRLİK EDƏCƏK

Bu məmurlar büdcədən taladıqları 244 min manatı geri qaytardılar

Bu məmurlar büdcədən taladıqları 244 min manatı geri qaytardılar

Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu – SİYAHI

Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu – SİYAHI

“Qarabağ” ukraynalı futbolçusu ilə bağlı iddialara aydınlıq gətirdi

“Qarabağ” ukraynalı futbolçusu ilə bağlı iddialara aydınlıq gətirdi

Mehriban Əliyeva Efiopiyanın birinci xanımı ilə GÖRÜŞDÜ - VİDEO

Mehriban Əliyeva Efiopiyanın birinci xanımı ilə GÖRÜŞDÜ - VİDEO

Xocalı faciəsinin sağ qalan şahidi ana oldu – VİDEO

Xocalı faciəsinin sağ qalan şahidi ana oldu – VİDEO

Heyətinə ən çox pul xərcləyən klublar – SİYAHI

Heyətinə ən çox pul xərcləyən klublar – SİYAHI

Vitse-spiker: “Əslində Milli Məclis yox, Millət Məclisi olmalıdır”

Vitse-spiker: “Əslində Milli Məclis yox, Millət Məclisi olmalıdır”

Bakı Olimpiya Stadionu WUF13-ə belə hazırlanır – VİDEO

Bakı Olimpiya Stadionu WUF13-ə belə hazırlanır – VİDEO

43 yaşlı həkimin əməliyyatdan sonra ölümü ilə bağlı SENSASİON DETALLAR – “Şah damarını partlatdılar” - ÖZƏL

43 yaşlı həkimin əməliyyatdan sonra ölümü ilə bağlı SENSASİON DETALLAR – “Şah damarını partlatdılar” - ÖZƏL

Elgiz verilişi bağlandıqdan sonra ilk dəfə bu paylaşımı etdi – FOTO

Elgiz verilişi bağlandıqdan sonra ilk dəfə bu paylaşımı etdi – FOTO

Mədəniyyət sahəsində qrant almaq istəyənlərin NƏZƏRİNƏ

Mədəniyyət sahəsində qrant almaq istəyənlərin NƏZƏRİNƏ

Deputatdan müğənnilərə SƏRT TƏNQİD – “Bilmirsən siyasi xadim, yoxsa boksçu jestidir”

Deputatdan müğənnilərə SƏRT TƏNQİD – “Bilmirsən siyasi xadim, yoxsa boksçu jestidir”

İlham Əliyevin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə GÖRÜŞÜ: Mühüm sənədlər imzalandı

İlham Əliyevin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə GÖRÜŞÜ: Mühüm sənədlər imzalandı

Nigar Əkbərovaya yüksək vəzifə verildi – FOTO

Nigar Əkbərovaya yüksək vəzifə verildi – FOTO

Əfqanıstan-Pakistan sərhədində döyüşlər YENİDƏN BAŞLADI – VİDEO

Əfqanıstan-Pakistan sərhədində döyüşlər YENİDƏN BAŞLADI – VİDEO

Sabah qar yağacaq, yollar buz bağlayacaq – PROQNOZ

Sabah qar yağacaq, yollar buz bağlayacaq – PROQNOZ

SON DƏQİQƏ! İranla sərhəddə silahlı İNSİDENT – Dörd nəfər... – FOTO

SON DƏQİQƏ! İranla sərhəddə silahlı İNSİDENT – Dörd nəfər... – FOTO

End of content

No more pages to load

RADİO