Tələbələrin fotolarını yayan şəxs Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən saxlanılıb.
Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, BDU-nun hüquq fakültəsinin tələbələrinin görüntülərindən istifadə edilərək hazırlanmış təhqiramiz foto və videomaterialları sosial şəbəkələrdə yayan şəxs DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən edilərək saxlanılıb.
Bizim.Media