Xocalıda soyqırım qurbanlarının xatirəsinə flaşmob KEÇİRİLDİ - FOTO/VİDEO

Fevralın 26-da Xocalı şəhərində Xocalı faciəsinin 34-cü ildönümü ilə bağlı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş flaşmob keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd edilib ki, Xocalı şəhər 1 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə baş tutan anım aksiyası zamanı faciə qurbanları yad edilib, soyqırımı zamanı həyatını itirmiş 63 uşağın xatirəsinə 63 şam yandırılıb. Şagirdlər əllərində şam heç vaxt böyüməyən 63 uşağın adını səsləndirərək, onları doğma torpaqda – Xocalıda anıblar.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı bildirib ki, bu gün Xocalıda soyqırımı qurbanlarını unutmadığımızı dünyaya göstəririk:
 

”Bu gün burada yandırılan şam işığı ilə yaddaşımızı yenidən alovlandırırıq. Bu şamların hərəsi bir ömürdür. Yarımçıq qalmış uşaq gülüşüdür. Bir ana harayıdır. Bu şamlar, Xocalının 63 körpəsi üçün yanır. Onlar məktəbə getməli, böyüməli və yaşamalı idilər. Bu alov onların yarımçıq qalan ömürlərinin işığıdır. Bu şamlar həm də analar, ailəsini qorumağa çalışan atalar üçündür. Bu şamlar sönmüş həyatların deyil, sönməyən həqiqətin şamıdır”.


Tədbir şagirdlər tərəfindən səhnələşdirilmiş ədəbi-bədii kompozisiyanın nümayişi, Xocalı faciəsinə aid şeirlərin səsləndirilməsi ilə davam edib.

Flaşmob çərçivəsində Xocalı dəhşətini əks etdirən fotosərgi də təşkil olunub. Tədbir şagirdlərin “Xocalı azaddır!” və “Xocalını unutmadıq!” şüarları səsləndirərək, bu gün yenidən qurulan, uşaq gülüşləri ilə dolan, doğma sakinlərinin nəfəsi ilə isinən Xocalıya həsr olunmuş “Ay Xocalı” mahnısının sədaları altında düzülərək, “Xocalı” sözünü yazıb, qurbanları yad etməklə başa çatıb.






























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Əl-Hilal"da Benzema ŞOKU

"Əl-Hilal"da Benzema ŞOKU

Şamaxıda qadın öldürüldü - 17 yaşlı ögey oğlu tutuldu

Şamaxıda qadın öldürüldü - 17 yaşlı ögey oğlu tutuldu

ABŞ və İran arasında növbəti görüş Vyanada KEÇİRİLƏCƏK

ABŞ və İran arasında növbəti görüş Vyanada KEÇİRİLƏCƏK

Şəhid qızı Sumqayıt məktəbinə direktor TƏYİN EDİLDİ

Şəhid qızı Sumqayıt məktəbinə direktor TƏYİN EDİLDİ

İngiltərə klubları Murilloya GÖZ DİKDİ

İngiltərə klubları Murilloya GÖZ DİKDİ

Zelenski Ukrayna-Rusiya-ABŞ formatında növbəti görüşün TARİXİNİ AÇIQLADI

Zelenski Ukrayna-Rusiya-ABŞ formatında növbəti görüşün TARİXİNİ AÇIQLADI

Səidə Tolikə SÖZ ATDI: “Biz bunu bacardıq!” - FOTO

Səidə Tolikə SÖZ ATDI: “Biz bunu bacardıq!” - FOTO

Martın 3-də bu bayram qeyd olunacaq

Martın 3-də bu bayram qeyd olunacaq

İlham Əliyev: “Bu, onların tabutuna vurulmuş son mismar idi” - VİDEO

İlham Əliyev: “Bu, onların tabutuna vurulmuş son mismar idi” - VİDEO

Cəlilabad sakinini Bakıda maşın vuraraq öldürdü

Cəlilabad sakinini Bakıda maşın vuraraq öldürdü

Prezidentdən MESAJ: “Bizim iradəmizə qarşı çıxanın başı əziləcək” - VİDEO

Prezidentdən MESAJ: “Bizim iradəmizə qarşı çıxanın başı əziləcək” - VİDEO

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat BAŞLAYIR

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat BAŞLAYIR

Prezident: "Xocalı soyqırımını törətmiş quldurlar məhkəmə qarşısında cavab verdilər" - VİDEO

Prezident: "Xocalı soyqırımını törətmiş quldurlar məhkəmə qarşısında cavab verdilər" - VİDEO

Qrizmann da ABŞ klubuna KEÇİR

Qrizmann da ABŞ klubuna KEÇİR

Prezident: "Xocalı soyqırımının məsuliyyətini Ermənistan dövləti daşıyır" - VİDEO

Prezident: "Xocalı soyqırımının məsuliyyətini Ermənistan dövləti daşıyır" - VİDEO

“Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?”

“Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?”

“ABŞ Ukraynadakı münaqişənin iştirakçısı deyil, vasitəçidir” — Uitkoff

“ABŞ Ukraynadakı münaqişənin iştirakçısı deyil, vasitəçidir” — Uitkoff

Balakəndə YANĞIN OLDU - 75 yaşlı ev sahibi xəsarət aldı

Balakəndə YANĞIN OLDU - 75 yaşlı ev sahibi xəsarət aldı

Ramazanın 9-cu gününün iftar və imsak vaxtları - Günün DUASI

Ramazanın 9-cu gününün iftar və imsak vaxtları - Günün DUASI

ABŞ və Ukrayna arasında Cenevrədə keçirilən danışıqlar BAŞA ÇATDI

ABŞ və Ukrayna arasında Cenevrədə keçirilən danışıqlar BAŞA ÇATDI

SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu

SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu

“Barselona”nın aparıcı futbolçusu ZƏDƏLƏNDİ

“Barselona”nın aparıcı futbolçusu ZƏDƏLƏNDİ

BDU tələblərinin fotolarını yayan şəxs SAXLANILDI

BDU tələblərinin fotolarını yayan şəxs SAXLANILDI

Tehran ABŞ-ın uranla bağlı tələbini RƏDD EDİR

Tehran ABŞ-ın uranla bağlı tələbini RƏDD EDİR

End of content

No more pages to load

RADİO