Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat verilib.
Abidənin önünə gül dəstələri qoyulub, soyqırımı zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilib.


Bizim.Media