Xocalı qətliamı dünyanın GÖZÜ İLƏ - “Biz ölürük, siz isə baxırsınız"

Bəşəriyyətin ən qanlı hadisələrindən olan Xocalı faciəsi XX əsrin sonlarında yaddaşlara yazılmış ağır insanlıq dramlarından biridir. Xocalıda baş vermiş bu qətliam təkcə Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa qarşı törədilmiş cinayətdir. İllər keçsə də, baş vermiş faciəylə bağlı foto və video materiallar yerli mətbuatla yanaşı, dünya media orqanları vasitəsilə o dəhşəti xatırladır.

Xocalı faciəsi bu gün də beynəlxalq müstəvidə müzakirə olunur. Hadisənin baş verdiyi ilk günlərdən başlayaraq bir çox dünya media orqanları bu faciənin dəhşətini beynəlxalq ictimaiyyətə çatdırıblar. Həm regional, həm beynəlxalq qəzetlər hadisəni işıqlandırıblar. Qardaş Türkiyənin başda “Milliyet”, “Hürriyet”, “Cümhuriyyet”, “Tercüman” qəzetləri olmaqla çox sayda mətbuat orqanları faciəni fəal şəkildə işıqlandırıblar.

Dünyanın nüfuzlu qəzetlərindən olan The Washington Post, The Washington Times, The New York Times, The Boston Globe (ABŞ-ın nüfuzlu gündəlik qəzetləri) faciə barədə xəbərlər və şərhlər yayımlayıb.

The Times və The Sunday Times (Böyük Britaniya) jurnalistlərinin əməkdaşları hətta hadisə yerindən reportajlar ediblər. Bundan başqa Birləşmiş Krallığın BBC, Newsweek, The Irish Times, The Guardian, The Independent kimi tanınmış media orqanları da Xocalı hadisəsinə dair müxtəlif məqalələr və süjetlər verib.
 

Fransanın Le Monde, Krua l’Eveneman, Valeur actuelle, “France 24” Almaniyanın “Die Welt”qəzeti, “Ostpol.de” portalı, Bolqarıstan "Nie" qəzeti, Pakistanın "National Herald Tribune" qəzeti, İtaliyanın “Agenzia Nova” informasiya agentliyi, “Daily Cases” və “Caratteri Liberi” xəbər portalları, Çilinin “Diario Chile” xəbər portalı, “Politica y Cultura” jurnalı, “Telesur TV” xəbər kanalının internet səhifəsi, eləcə də Rusiyanın “İzvestiya”,  “Nezavisimaya qazeta”, “Arqumentı nedeli” qəzetlərində  Xocalı soyqırımından bəhs edən məqalələr yer alıb.

 

Bu məqalələrin hər birində faktlara və şahidlərə əsaslanan həqiqətlərdən və faciənin dəhşətindən bəhs edir. Bütün nəşrlər və reportajlar çoxlu sayda insan meyitlərinin qalaqlanmasını, maşınlara doldurulub daşınmasını təsdiq edirdi. Müxbirlər bildirirdilər ki, yüzlərlə qadın, kişi, uşaq meyitlərinə yaxından baxanda, onların əksəriyyətinin xüsusi işgəncə ilə öldürüldüyü üzə çıxırdı. Hətta Ermənistana hər fürsətdə dəstəyini sərgiləyən Fransa mediası da məhz bu qətliamla bağlı yerli ermənilərin təkzibinə tutarlı cavab verərək, öz müxbirlərinin şahid olduğu həqiqətləri deməkdən çəkinməmişdilər.

“Reuters”in türk müxbiri Elif Kaban videoreportajında qırğından sonra ərazidən yığılan meyitlərin dəfni prosesində insanların acısını çəkərkən yaşanan hadisə də çox ağrılı idi. Faciənin ağırlığına dözə bilməyən, dəfndə iştirak edənlərdən biri jurnalistlərin üstünə qışqıra-qışqıra belə fəryad etmişdi: “Biz ölürük, sizsə baxırsınız".

Bu fəryad, əslində dünyaya sadə vətəndaşın ürəkağrıdan mesajı idi.

“İzvestiya”nın müxbirinin  4 mart 1992-ci ildə videokamera çəkilişi apararkən qulaqları kəsilmiş uşaqları, sifətinin yarısı kəsilmiş qadını göstərən kadrları qandondurucu idi. Qəzetin 13 mart buraxılışında isə mayor Leonid Kravetsin tükürpədici etirafı yer alırdı:
 

“Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü. Xocalıdan əsir gətirilənləri gördüm. Lakin onlar daha yaşamağa yaramırdılar. Qışın şaxtasında onları sübh tezdən ayaqyalın halda qarın-buzun üzərinə çıxarırdıar. Üstlərinə soyuq su tökür, başlarında şüşə sındırırlar… Bir erməninin azərbaycanlı uşağı ikiyə böldüyünün şahidi oldum. Sonra uşağın bədəninin bir parçası ilə anasının üzünə və başına o qədər vurdu ki, övladının qanına bulanan zavallı qadın dəli olub gülməyə başladı”.
 


Bu dəhşətli etiraflar, 34 il keçməsinə baxmayaraq hər oxunduqda, hər xatırlandıqda özünə təkcə azərbaycanlı deyil, ümumiyyətlə insan deyənlərin boğazında düyünlənir, gözlərində yaşarır. Bu gün Azərbaycanın işğal altındakı torpaqları düşmən tapdağından azad edilib.

Xocalının qana boyanmış torpağı indi sakinlərinin səsinə, uşaqların gülüşünə, körpələrin qığıltısına qərq olub. Amma bütün bunlar – insanların dədə-baba torpağında bu gün azad, dinc yaşaması vaxtilə yaşanan o dəhşətləri əsla unutdurmur, tarixə sadəcə qırmızı rənglə deyil, günahsız inssanların al qanıyla yazılmış qətliamını yaddaşlarda canlı saxlayır.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kim Çen İn Cənubi Koreyanı “əbədi düşmən” elan etdi

Kim Çen İn Cənubi Koreyanı “əbədi düşmən” elan etdi

Rusiya ordusu Xersonda məscidi atəşə tutdu

Rusiya ordusu Xersonda məscidi atəşə tutdu

Ukraynadan Putinin iddialarına CAVAB: “Təxribatı edib, günahı bizim üstümüzə atacaqlar” – EKSKLÜZİV

Ukraynadan Putinin iddialarına CAVAB: “Təxribatı edib, günahı bizim üstümüzə atacaqlar” – EKSKLÜZİV

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasından ixtisarlarla bağlı xəbərlərə REAKSİYA

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasından ixtisarlarla bağlı xəbərlərə REAKSİYA

Gürcüstan 100-dən çox erməni maşınını sərhəddən buraxmır – İrəvan izahat tələb edir

Gürcüstan 100-dən çox erməni maşınını sərhəddən buraxmır – İrəvan izahat tələb edir

Rusiyada büdcə kəsiri yarandı: Peskov bunu “cari çətinlik” adlandırdı

Rusiyada büdcə kəsiri yarandı: Peskov bunu “cari çətinlik” adlandırdı

Juninyo "Qarabağ"a daha bir milyon qazandırdı

Juninyo "Qarabağ"a daha bir milyon qazandırdı

ABŞ–İran gərginliyi PİK HƏDDƏ – Mümkün ssenarilər və potensial risklər

ABŞ–İran gərginliyi PİK HƏDDƏ – Mümkün ssenarilər və potensial risklər

Həqiqət və insanlığın QALİBİ – Xocalıda əsir düşmüş uşağın TALEYİ - FOTO

Həqiqət və insanlığın QALİBİ – Xocalıda əsir düşmüş uşağın TALEYİ - FOTO

Hüseyn Həsənov günahını etiraf etmədi

Hüseyn Həsənov günahını etiraf etmədi

Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil VERDİ

Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil VERDİ

Günəşin səthindən ləkələr yoxa çıxır

Günəşin səthindən ləkələr yoxa çıxır

Bir müddət əvvəl xəstəxanaya yerləşdirilən Xalq artistinin SON DURUMU

Bir müddət əvvəl xəstəxanaya yerləşdirilən Xalq artistinin SON DURUMU

Ronaldo İspaniya klubunun səhmlərini aldı

Ronaldo İspaniya klubunun səhmlərini aldı

Jalə Əhmədova 2 min manat CƏRİMƏLƏNDİ

Jalə Əhmədova 2 min manat CƏRİMƏLƏNDİ

Üzü yumaq üçün ideal su temperaturu necə olmalıdır? - Dermatoloqdan AÇIQLAMA

Üzü yumaq üçün ideal su temperaturu necə olmalıdır? - Dermatoloqdan AÇIQLAMA

Azərbaycanda tanınmış vəkil vəfat etdi - FOTO

Azərbaycanda tanınmış vəkil vəfat etdi - FOTO

Yanvar ayında ümumi pul kütləsinin həcmi AÇIQLANDI

Yanvar ayında ümumi pul kütləsinin həcmi AÇIQLANDI

Bəzi nazirlik və komitələr LƏĞV OLUNACAQ

Bəzi nazirlik və komitələr LƏĞV OLUNACAQ

Xocalı qətliamı dünyanın GÖZÜ İLƏ - “Biz ölürük, siz isə baxırsınız"

Xocalı qətliamı dünyanın GÖZÜ İLƏ - “Biz ölürük, siz isə baxırsınız"

Bu yolda avtobus zolağı ləğv edildi

Bu yolda avtobus zolağı ləğv edildi

7 aptekdə nöqsanlar aşkar edildi

7 aptekdə nöqsanlar aşkar edildi

Konfrans Liqası: Bu gün keçiriləcək oyunların SİYAHISI

Konfrans Liqası: Bu gün keçiriləcək oyunların SİYAHISI

Ömər Bolat: "Şirkətlərimiz Azərbaycanda 18 milyard dollar dəyərində tikinti layihələrini tamamlayıb"

Ömər Bolat: "Şirkətlərimiz Azərbaycanda 18 milyard dollar dəyərində tikinti layihələrini tamamlayıb"

End of content

No more pages to load

RADİO