Sumqayıt şəhərində 8 aylıq hamilə xəstəxanada həyatını itirib.
Bizim.Media xəbər verir ki, hadisə Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasında (TTYX) qeydə alınıb.
32 həftəlik hamilə olan 1996-cı il təvəllüdlü Ayşa Əfəndi qızı Andriaşvili komatoz vəziyyətdə Sumqayıt şəhər TTYX-yə çatdırılıb.
O, tibb müəssisəsində qəflətən ölüb.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. (Report.az)
Bizim.Media