Xocalı soyqırımını törədənlərdən beş nəfəri Azərbaycanda cəzasını alıb – ADLAR

Xocalı soyqırımının törədilməsində iştirak edən şəxslərdən beşi artıq cəzasını alıb.

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, fevralın 5-də Bakı Hərbi Məhkəməsi Azərbaycana qarşı bir sıra cinayətlərin, o cümlədən müharibə qaydalarının aparılması, insanlıq əleyhinə cinayət, terrorçuluq və digər əməllərdə təqsirləndirilən Ermənistanın 15 vətəndaşını müxtəlif cəzalara məhkum edib.

Onların arasında beş nəfərin ittihamında soyqırımı maddəsi də var.

Belə ki, məhkəmənin qərarı ilə məhkum edilən Arkadi Qukasyan, Bako Sahakyan, Madat Babayan, Davit İşxanyan, Arayik Harutyunyana qarşı irəli sürülmüş ittihamlar arasında Xocalı soyqırımı da var.

Madat Babayan məhkəmədə Xocalı soyqırımında iştirak etdiyini etiraf da edib. O dindirilərkən 1992-ci il fevralın 25-də və 26-da Xocalıda olduğunu təsdiqləyib və deyib:

"Bizi oraya dəstə rəhbərimiz aparmışdı. Adı Henrik Tamrazyan idi. Məqsəd o idi ki, azərbaycanlılar Xocalıdan çıxarılsın".

O, Xocalıda bütün əmrləri "Xolostoy" ləqəbli Arkadi Şirinyan və Vanik Petrosyanın verdiyini qeyd edərək bildirib:

"Silahsız insanlara atəş açıb onların qətlə yetirilməsi əmrini Vanik verib. Vanik və Arkadi insanların barmaqlarını, meyitlərin qulaqlarını kəsirdilər".

M.Babayan Xocalıya silahlarla gəldiklərini, zirehli texnikalardan istifadə edildiyini təsdiqləyib. Təqsirləndirilən şəxs silahsız insanların qətlində iştirakını etiraf edib və deyib: "Səhv etmişik".

O, Xocalıda aralarında uşaqların, qocaların və qadınların da olduğu təxminən 150 meyit gördüyünü, meyitlərin erməni hərbçiləri tərəfindən maşınlara yığılaraq aparıldığını bildirib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Arayik Harutyunyan, Davit İşxanyan ömürlük, digərləri isə yaşları 65-i keçdiyi üçün 20 il müddətə azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda tanınmış vəkil vəfat etdi - FOTO

Azərbaycanda tanınmış vəkil vəfat etdi - FOTO

Yanvar ayında ümumi pul kütləsinin həcmi AÇIQLANDI

Yanvar ayında ümumi pul kütləsinin həcmi AÇIQLANDI

Bəzi nazirlik və komitələr LƏĞV OLUNACAQ

Bəzi nazirlik və komitələr LƏĞV OLUNACAQ

Xocalı qətliamı dünyanın GÖZÜ İLƏ - “Biz ölürük, siz isə baxırsınız"

Xocalı qətliamı dünyanın GÖZÜ İLƏ - “Biz ölürük, siz isə baxırsınız"

Bu yolda avtobus zolağı ləğv edildi

Bu yolda avtobus zolağı ləğv edildi

7 aptekdə nöqsanlar aşkar edildi

7 aptekdə nöqsanlar aşkar edildi

Konfrans Liqası: Bu gün keçiriləcək oyunların SİYAHISI

Konfrans Liqası: Bu gün keçiriləcək oyunların SİYAHISI

Ömər Bolat: "Şirkətlərimiz Azərbaycanda 18 milyard dollar dəyərində tikinti layihələrini tamamlayıb"

Ömər Bolat: "Şirkətlərimiz Azərbaycanda 18 milyard dollar dəyərində tikinti layihələrini tamamlayıb"

Sumqayıtda 8 aylıq hamilə xəstəxanada VƏFAT ETDİ

Sumqayıtda 8 aylıq hamilə xəstəxanada VƏFAT ETDİ

Nazirlikdən vətəndaşlara 1000 manat ödəniş ediləcəyi ilə bağlı xəbərlərə REAKSİYA

Nazirlikdən vətəndaşlara 1000 manat ödəniş ediləcəyi ilə bağlı xəbərlərə REAKSİYA

Cenevrədə ABŞ-la İran arasında danışıqların 3-cü raundu başladı

Cenevrədə ABŞ-la İran arasında danışıqların 3-cü raundu başladı

Rusiya iki ildən sonra “arzusuna” çatdı - Pokrovsk işğal olundu

Rusiya iki ildən sonra “arzusuna” çatdı - Pokrovsk işğal olundu

Xocalı qatillərinin QANDONDURAN ETİRAFLARI

Xocalı qatillərinin QANDONDURAN ETİRAFLARI

İlham Əliyev Ermənistandakı Sammitdə iştirak edəcək? - Ceyhun Bayramovdan AÇIQLAMA – VİDEO

İlham Əliyev Ermənistandakı Sammitdə iştirak edəcək? - Ceyhun Bayramovdan AÇIQLAMA – VİDEO

Bakıda təəccüb yaradan biznes: Avtomobillərin texniki baxış avadanlıqları İCARƏYƏ VERİLİR - VİDEO

Bakıda təəccüb yaradan biznes: Avtomobillərin texniki baxış avadanlıqları İCARƏYƏ VERİLİR - VİDEO

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

MEDİA kollektivi “Ana harayı” abidəsini ziyarət etdi – FOTO

MEDİA kollektivi “Ana harayı” abidəsini ziyarət etdi – FOTO

Xocalı soyqırımını törədənlərdən beş nəfəri Azərbaycanda cəzasını alıb – ADLAR

Xocalı soyqırımını törədənlərdən beş nəfəri Azərbaycanda cəzasını alıb – ADLAR

SON DƏQİQƏ! İran Azərbaycanla sərhəd boyunca hava məkanını bağladı - FOTO

SON DƏQİQƏ! İran Azərbaycanla sərhəd boyunca hava məkanını bağladı - FOTO

Ağcabədidə 4 otaqlı ev əşyaları ilə birlikdə yandı – FOTO

Ağcabədidə 4 otaqlı ev əşyaları ilə birlikdə yandı – FOTO

Bakıda tanınmış aparıcının bloger qızı qəzaya düşdü – FOTO

Bakıda tanınmış aparıcının bloger qızı qəzaya düşdü – FOTO

“Ulduz Körpəm” kampaniyası ilə övladınız Azərbaycanın ulduzu olsun

“Ulduz Körpəm” kampaniyası ilə övladınız Azərbaycanın ulduzu olsun

Ronaldo qol vurdu, “Əl Nəsr” böyükhesablı qələbə qazandı - VİDEO

Ronaldo qol vurdu, “Əl Nəsr” böyükhesablı qələbə qazandı - VİDEO

“Ailəm yalnız 10 min dollar ödəyəcək” - Çinə qəbul alan Nilufər – VİDEO

“Ailəm yalnız 10 min dollar ödəyəcək” - Çinə qəbul alan Nilufər – VİDEO

End of content

No more pages to load

RADİO