Ağcabədidə 4 otaqlı ev yanıb.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.
Yanğın qəsəbə sakini Solmaz Namazovaya məxsus evdə baş verib. Hadisə nəticəsində evin 3 otağı əşyaları ilə birlikdə yanaraq kül olub.
Hadisə yerinə FHN-in yerli şöbəsinin əməkdaşları cəlb olunub.
Yanğına elektrik xəttində baş verən qısaqapanmanın səbəb olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo.az)

Bizim.Media