Xocalı soyqırımından 34 il ötür

Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımından 34 il ötür.

Bizim.Media xəbər verir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.
 

Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib.


Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər.

Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Rəsmi hesablamalara görə, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan (təxminən 170 milyon ABŞ dolları) artıq ziyan vurulub.

1993-cü ildə Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb. 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib.

Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.

2009-cu ilin fevralından isə İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” kampaniyası keçirilir.

Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.

Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində hüznlə qeyd olunur.

Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

Hazırda 20-yə yaxın dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 24 ştatı, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və qərarlar qəbul ediblər.
 

Qeyd edək ki, Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tanınmış hüquqşünas VƏFAT ETDİ - FOTO

Tanınmış hüquqşünas VƏFAT ETDİ - FOTO

Alena Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı PAYLAŞIM ETDİ - FOTO

Alena Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı PAYLAŞIM ETDİ - FOTO

Tələbə qızlar şantaj olunurlar - VİDEO

Tələbə qızlar şantaj olunurlar - VİDEO

“Hər gün özümə Tünzalənin yoxluğunu xatırladıram” - FOTO

“Hər gün özümə Tünzalənin yoxluğunu xatırladıram” - FOTO

Mehriban Əliyeva: “Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir” - FOTO

Mehriban Əliyeva: “Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir” - FOTO

Rəsmi Bakıdan Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı BƏYANAT

Rəsmi Bakıdan Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı BƏYANAT

Xocalı soyqırımından 34 il ötür

Xocalı soyqırımından 34 il ötür

Leyla Əliyeva Xocalı soyqırımı ilə bağlı paylaşım etdi - FOTO

Leyla Əliyeva Xocalı soyqırımı ilə bağlı paylaşım etdi - FOTO

Peru Konqresində Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edildi - FOTO

Peru Konqresində Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edildi - FOTO

“Qarabağ” - “Sabah” oyununun hakimləri BİLİNDİ

“Qarabağ” - “Sabah” oyununun hakimləri BİLİNDİ

ADY yeni istiqamət üzrə sürət qatarları işə salacaq

ADY yeni istiqamət üzrə sürət qatarları işə salacaq

Ramazanın səkkizinci günü: İftar və imsak vaxtları, günün duası

Ramazanın səkkizinci günü: İftar və imsak vaxtları, günün duası

İlhamə Quliyevanın heç yerdə olmayan görüntülərini PAYLAŞDI - VİDEO

İlhamə Quliyevanın heç yerdə olmayan görüntülərini PAYLAŞDI - VİDEO

Prezident Elçin Yusubova TAPŞIRIQ VERDİ: “İşlə təmin etmək üçün təkliflər verərsiniz”

Prezident Elçin Yusubova TAPŞIRIQ VERDİ: “İşlə təmin etmək üçün təkliflər verərsiniz”

Kimin evində varsa, bəxti gətirdi — 3000 manata ALIRLAR

Kimin evində varsa, bəxti gətirdi — 3000 manata ALIRLAR

Prezident ailəsi ilə Xanabad kənd sakininin EVİNDƏ - FOTO/VİDEO

Prezident ailəsi ilə Xanabad kənd sakininin EVİNDƏ - FOTO/VİDEO

Türkiyəli futbolçu “Barselona”ya keçə bilər

Türkiyəli futbolçu “Barselona”ya keçə bilər

Prezidentin sosial media hesablarında Xocalı soyqırımı ilə bağlı paylaşım edildi - FOTO

Prezidentin sosial media hesablarında Xocalı soyqırımı ilə bağlı paylaşım edildi - FOTO

Prezident Bakı haqda: “Tıxac, toz-torpaq, külək…” - VİDEO

Prezident Bakı haqda: “Tıxac, toz-torpaq, külək…” - VİDEO

Zaur 45 yaşını qeyd etdi - VİDEO

Zaur 45 yaşını qeyd etdi - VİDEO

Türkiyəli məşhur futbolçu KLUBSUZ QALDI

Türkiyəli məşhur futbolçu KLUBSUZ QALDI

"Qanun buna icazə vermir"

"Qanun buna icazə vermir"

Prezidentin Xocavənd sakinləri ilə SƏMİMİ DİALOQU: “Dadına baxın, təndir çörəyidir” - VİDEO

Prezidentin Xocavənd sakinləri ilə SƏMİMİ DİALOQU: “Dadına baxın, təndir çörəyidir” - VİDEO

Qəbələdə AĞIR QƏZA: 24 yaşlı sürücü öldü

Qəbələdə AĞIR QƏZA: 24 yaşlı sürücü öldü

End of content

No more pages to load

RADİO