Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Bakı metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bizim.Media xəbər verir ki, bununla bağlı “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Məlumata görə, “Ana harayı” abidəsinin yaxınlığında yerləşən “Xətai”, eləcə də “Cəfər Cabbarlı” və “28 May” stansiyalarında nəzarət tədbirləri artırılacaq.
Stansiyalara əlavə işçi qüvvəsi cəlb ediləcək, ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.
Qatarların hərəkəti gün ərzində payız-qış mövsümünün iş günü qrafikinə uyğun təşkil olunacaq.
Bizim.Media