Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, “MAN” markalı yük maşınının sürücüsü həmin istiqamətdə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, rayon sakini 77 yaşlı Əliyev Teyyub Ələmdar oğlunu vurub.
Ağır bədən xəsarətləri alan yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Həkimlərin səyinə baxmayaraq, yaralı elə xəstəxanadaca dünyasını dəyişib.
Hadisə yerinə rayonun hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub və hadisənin baş vermə səbəbləri araşdırılır.


Bizim.Media, Aran bürosu