Nobel mükafatı laureatı və Columbia Universitinin neyrobiologiya institutunun həmdirektoru Riçard Aksel Ceffri Epşteynlə dostluq münasibətlərinə görə vəzifəsindən istefa verib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı NU.nl qəzeti yayıb.
Məlumata görə, Akselə qarşı hər hansı cinayət ittihamı irəli sürülməyib. Lakin sənədlərdə onun tez-tez Jeffrey Epşteynin Manhettendəki evinə baş çəkdiyi və Epşteynlə Kolumbiya Universiteti arasında vasitəçi kimi çıxış etdiyi göstərilir.
Aksel açıqlamasında bu dostluğu “vəziyyətin qiymətləndirilməsində ciddi səhv” adlandırıb və “dostlarının, tələbələrinin və həmkarlarının etimadını təhlükə altına qoyduğuna görə” üzr istəyib.
Bizim.Media