“Problemlərlə bağlı TƏBİB-ə müraciət edəndə vəsait ayıra bilməyəcəklərini dedilər” - MƏHKƏMƏ

“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
 

MÖVZU İLƏ BAĞLI: 

Perinatal Mərkəzdəki yanğınla bağlı SENSASİON İDDİA – “Klinki Tibbi Mərkəzdə körpələrə yardım göstərilməyib”


Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə təqsirləndirilən sabiq direktor Mehriban Abasquliyeva ifadəsini davam etdirib.

Bildirib ki, onun rəhbərliyindən öncə mərkəzdə çoxsaylı problemlər olub:

"Qazanxanada nasazlıq olduğu üçün isti su gəlmirdi. Mərkəzin binasında məndən öncə quraşdılıran hava təmizləyici qurğu da işləmirdi. Bunları dekabr-yanvar aylarında özüm təmir etdirmişdim. Daha sonra mərkəzə paltaryuyan maşın, tibbi soyuducu və digər lazımi cihazlar almışdım. İşıq generatorunun xarab olması yenidoğulmuşlara risk yaradırdı. Onu da təmir etdirmişdim.
 

Aylıq maaşım 6549 manat olmasına baxmayaraq, mərkəzin ehtiyacları üçün öz cibimdən 3500 manat xərcləmişəm. Necə deyə bilərlər ki, vəzifə öhdəliklərimi yerinə yetirməmişəm? İş vaxtı olmayanda da gəlib vəziyyətlə maraqlanmışam. Məndən öncəki rəhbərlər Sevinc Məmmədova və Məryəm Rzayevanın vaxtında mərkəzin yanğın siqnalizasiya sistemi yararsız olub. Onu təmir etmək üçün damı da sökməli idilər. Bu və digər problemlərin həlli edilməsi, müvafiq sistemlərin quraşdırılması üçün ümumilikdə 2 milyon 700 min manatdan artıq vəsait tələb olunurdu.


TƏBİB-ə müraciət etdikdə külli miqdarda vəsait olduğu üçün verə bilməyəcəklərini dedilər. Bu gün də mərkəzdə həmin sistem quraşdırılmayıb. Bu səbəbə görə, 2025-ci ildə vəzifədə olmuş rəhbər inzibati məsuliyyətə cəlb olunub".

M.Abasquliyeva əlavə edib ki, ondan öncəki rəhbərin vaxtında mərkəzdə xəstələrin müalicə vaxtı süni şəkildə uzadılıb. Vaxt məhdudiyyəti ilə əlaqədar növbəti proses martın 4-nə təyin edilib.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib. Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
 

Eyni zamanda, istintaqla Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.


Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kürdəmirdə yük maşını 77 yaşlı piyadanı vuraraq öldürdü – FOTO

Kürdəmirdə yük maşını 77 yaşlı piyadanı vuraraq öldürdü – FOTO

Horovlu kəndində daha 30 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Horovlu kəndində daha 30 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Nobel mükafatı laureatı Epşteynlə dostluğa görə vəzifəsindən istefa verdi

Nobel mükafatı laureatı Epşteynlə dostluğa görə vəzifəsindən istefa verdi

Bayram günlərində qatarla səyahət etmək istəyənlərin NƏZƏRİNƏ – FOTO

Bayram günlərində qatarla səyahət etmək istəyənlərin NƏZƏRİNƏ – FOTO

Əli Əsədov Fuat Oktayla görüşdü

Əli Əsədov Fuat Oktayla görüşdü

Bakı sakinini oğurlayıb, ona işgəncə verənlərə HÖKM OXUNDU

Bakı sakinini oğurlayıb, ona işgəncə verənlərə HÖKM OXUNDU

Peyvənd sonrası şok mümkündürmü? - Pediatr DANIŞDI

Peyvənd sonrası şok mümkündürmü? - Pediatr DANIŞDI

Gümüşün qiyməti 90 dolları keçdi

Gümüşün qiyməti 90 dolları keçdi

Qazaxıstanda qırıcı təyyarə qəzaya uğradı

Qazaxıstanda qırıcı təyyarə qəzaya uğradı

Polşa Prezidentinin ofisi QARƏT EDİLDİ

Polşa Prezidentinin ofisi QARƏT EDİLDİ

ABŞ təyyarəsi Kolumbiyada atəşə tutuldu

ABŞ təyyarəsi Kolumbiyada atəşə tutuldu

İstanbulda güclü yanğın – ANBAAN VİDEO

İstanbulda güclü yanğın – ANBAAN VİDEO

12 yaşlı uşaq uzun müddət “Coca-Cola” içdi – QAN QUSDU

12 yaşlı uşaq uzun müddət “Coca-Cola” içdi – QAN QUSDU

Bizim.Media YAZDI – Paytaxtın mərkəzi küçəsindəki köhnə balkonların yenilənməsinə başlanıldı – FOTO

Bizim.Media YAZDI – Paytaxtın mərkəzi küçəsindəki köhnə balkonların yenilənməsinə başlanıldı – FOTO

Müavinət, təqaüd və sosial yardımlar BU TARİXDƏ veriləcək

Müavinət, təqaüd və sosial yardımlar BU TARİXDƏ veriləcək

Mehmet Əli Ərbil 6-cı dəfə boşandı

Mehmet Əli Ərbil 6-cı dəfə boşandı

Pensiyalar vaxtından tez ÖDƏNİLƏCƏK

Pensiyalar vaxtından tez ÖDƏNİLƏCƏK

Astara şəhərində abadlıq işlərinə 258 min xərclənəcək

Astara şəhərində abadlıq işlərinə 258 min xərclənəcək

Azərbaycanda 322 şəxsə qeyri-adi qadağa QOYULDU

Azərbaycanda 322 şəxsə qeyri-adi qadağa QOYULDU

Sahurda nə yemək lazımdır?

Sahurda nə yemək lazımdır?

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ

Sosial sahə üzrə elektron xidmətlərə nə qədər müraciət edilib?

Sosial sahə üzrə elektron xidmətlərə nə qədər müraciət edilib?

48 yaşlı aktyor 21 yaşlı balerina ilə EVLƏNDİ – FOTO

48 yaşlı aktyor 21 yaşlı balerina ilə EVLƏNDİ – FOTO

“İmişli” Hernandezi TRANSFER ETDİ

“İmişli” Hernandezi TRANSFER ETDİ

End of content

No more pages to load

RADİO