Leyla Əliyeva “Azərxalça”nın Şabran filialında - FOTO

Fevralın 24-də Heydər Əliyev Fondunun, “PASHA Holding”in və “PMD Projects”in təşkilatçılığı ilə “Azərxalça” ASC-nin yaradıcı heyəti və usta toxucularının birgə zəhməti nəticəsində Şuşa məscidi üçün hazırlanan növbəti xalçaların kəsim mərasimi “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şabran filialında keçirilib.

Bizim.Media xəbər verir ki, xalçaların kəsim mərasimi Leyla Əliyevanın iştirakı ilə olub.

Leyla Əliyeva emalatxananın fəaliyyəti ilə tanış olub, toxucularla söhbət edib, xalçalara son ilmələri atdıqdan sonra Şuşa məscidi üçün hazırlanan xalçaların kəsim mərasimində iştirak edib.

Qeyd edək ki, Şuşa məscidinin ikinci mərtəbəsinin interyeri üçün nəzərdə tutulan xalçalar milli xalçaçılıq ənənələrinə uyğun olaraq xüsusi dizayn əsasında hazırlanıb. Hər birinin eni 12, uzunluğu 19 metr olan iki xalçanın ümumi uzunluğu 38 metrdir.

Məscidin qadınların ibadəti üçün nəzərdə tutulan hissəsindən ötrü hazırlanan bu iki xalçanın toxunmasına 2025-ci il yanvarın 21-də başlanılıb. Şabranda toxunan iki xalçanın ərsəyə gəlməsində 50-yə yaxın toxucu qadın iştirak edib, onlar 50 milyona yaxın ilmə atıblar.

Xalçalar Azərbaycan xalçaçılıq sənətinin yüksək peşəkarlığını və zəngin bədii irsini özündə əks etdirir. Xalçanın tam şəkildə toxunması üçün xüsusi olaraq yeni və fərqli üslubda iki dəzgah sifariş edilib. Dəzgahlar xaricdən dəvət olunmuş mütəxəssis qrupu tərəfindən məhz “Azərxalça” ASC üçün hazırlanıb.

Xatırladaq ki, Şuşa məscidinin birinci mərtəbəsi üçün hazırlanmış, diametri 22,17 metr olan və ümumdünya xalçaçılıq tarixində analoqu olmayan dairəvi əl xalçasının kəsilməsi mərasimi bu ay Leyla Əliyevanın iştirakı ilə keçirilmişdi.

“Qarabağ” xalça qrupuna aid motivlər və “Xətai” ornamentləri əsasında hazırlanan həmin nadir sənət əsərinin toxunma prosesində 150 toxucu xanım iştirak edib, xalçaya təxminən 60 milyon ilmə vurulub.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ

Sosial sahə üzrə elektron xidmətlərə nə qədər müraciət edilib?

Sosial sahə üzrə elektron xidmətlərə nə qədər müraciət edilib?

48 yaşlı aktyor 21 yaşlı balerina ilə EVLƏNDİ – FOTO

48 yaşlı aktyor 21 yaşlı balerina ilə EVLƏNDİ – FOTO

“İmişli” Hernandezi TRANSFER ETDİ

“İmişli” Hernandezi TRANSFER ETDİ

Sabah çiskin olacaq – PROQNOZ

Sabah çiskin olacaq – PROQNOZ

Şəhid Vasif Süleymanovun xatirəsi böyük ehtiramla yad edildi - FOTO

Şəhid Vasif Süleymanovun xatirəsi böyük ehtiramla yad edildi - FOTO

Azərbaycanlı müğənni rus sevgilisindən ayrıldı - FOTO

Azərbaycanlı müğənni rus sevgilisindən ayrıldı - FOTO

ABŞ-İran qarşıdurmasında KRİTİK MƏRHƏLƏ – 10 gündən sonra...

ABŞ-İran qarşıdurmasında KRİTİK MƏRHƏLƏ – 10 gündən sonra...

Nazir müavini: "Azərbaycanda iki universitetin statusu dəyişdirilə bilər"

Nazir müavini: "Azərbaycanda iki universitetin statusu dəyişdirilə bilər"

Xalq artisti öldüyü gün bacısı qızı evindən oğurluq edib? - VİDEO

Xalq artisti öldüyü gün bacısı qızı evindən oğurluq edib? - VİDEO

Bill Qeyts etiraf etdi: “2 rus qadınla münasibətim olub” - VİDEO

Bill Qeyts etiraf etdi: “2 rus qadınla münasibətim olub” - VİDEO

Polis Qaradağda əməliyyat keçirdi – SAXLANILAN VAR - FOTO/VİDEO

Polis Qaradağda əməliyyat keçirdi – SAXLANILAN VAR - FOTO/VİDEO

Prezident Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında - FOTO

Prezident Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında - FOTO

“Problemlərlə bağlı TƏBİB-ə müraciət edəndə vəsait ayıra bilməyəcəklərini dedilər” - MƏHKƏMƏ

“Problemlərlə bağlı TƏBİB-ə müraciət edəndə vəsait ayıra bilməyəcəklərini dedilər” - MƏHKƏMƏ

Xocavənddə neandertal insana aid daha bir qalıq tapıldı

Xocavənddə neandertal insana aid daha bir qalıq tapıldı

5 BÜRC qışın sonunda taleyüklü qərar verəcək

5 BÜRC qışın sonunda taleyüklü qərar verəcək

Anar Kərimova daha bir vəzifə verildi

Anar Kərimova daha bir vəzifə verildi

Bakıda NATO heyəti ilə görüş keçirilir – FOTO

Bakıda NATO heyəti ilə görüş keçirilir – FOTO

Baş nazirdən Azərbaycan vətəndaşlığının müəyyənləşdirilməsi ilə bağlı QƏRAR

Baş nazirdən Azərbaycan vətəndaşlığının müəyyənləşdirilməsi ilə bağlı QƏRAR

Uşaq və yeniyetmələrin oruc tutması düzgündür? – İlahiyyatçı və həkimlərdən TƏZADLI YANAŞMA

Uşaq və yeniyetmələrin oruc tutması düzgündür? – İlahiyyatçı və həkimlərdən TƏZADLI YANAŞMA

Abdulla Avcı Azərbaycandan təklif alıb?

Abdulla Avcı Azərbaycandan təklif alıb?

FHN 77 yaşlı qadını belə xilas etdi – VİDEO

FHN 77 yaşlı qadını belə xilas etdi – VİDEO

Xanyurdu öz sakinlərini qarşılayır - VİDEO

Xanyurdu öz sakinlərini qarşılayır - VİDEO

Bakıxanov sakinlərinə ŞAD XƏBƏR – VİDEO

Bakıxanov sakinlərinə ŞAD XƏBƏR – VİDEO

End of content

No more pages to load

RADİO