Ər və arvad bir-birinin xarici görünüşünə lağ edə BİLMƏZ - Ali Məhkəmə

Ali Məhkəmə ilk dəfə ailə-hüquq münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarının pozulması və bu pozuntudan yaranan mənəvi zərərin ödənilməsi ilə bağlı hallara dair izah verib.

Bu barədə Bizim.Media-ya Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" 24 dekabr 2025-ci il tarixli Plenum Qərarında ailə-hüquq münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarının xüsusi növü kimi ər-arvadın şəxsiyyət hüquqlarının mahiyyəti və bu hüquqlara müdaxiləni qadağan edən hallar aydınlaşdırılıb.

Ər-arvadın şəxsiyyət hüquqlarına nikaha daxil olmaq hüququ, boşanmaq hüququ, ər-arvadın hüquq bərabərliyi, ailə daxilində qarşılıqlı yardım və hörmət gözləmək hüququ, sərbəst surətdə soyad, məşğuliyyət, sənət seçmək hüququ və ailə qanunvericiliyi ilə təsbit edilmiş digər qeyri-əmlak hüquqları aiddir.
 

Məişət zorakılığına məruz qoyma, psixi və fiziki şiddət, habelə təzyiq altında saxlama, ərin (arvadın) xəstəliyi, cərrahi əməliyyatı, müalicəsi ilə, arvadın hamiləliyi ilə maraqlanmamaqla onu köməksiz vəziyyətdə qoyma, ailə sirrini və ya ərin (arvadın) şəxsi sirrini yayma, şərəf və ləyaqətini alçaltma, uşağın biloji atası olmamasının müəyyən edilməsi, atalığa dair mübahisə açmaq hüququndan sui-istifadə ediməsi, hörmətsiz davranış sərgiləmə (iqtisadi, fiziki, sosial, emosional cəhətdən bəyənilmədiyini mütəmadi və ya kobud formada özünə və ya kənar şəxslərə bildirmə), saxta nikah bağlama (etibarsız nikah), yaşadığı evdən qanuni əsaslar olmadan çıxarılma və ailə qanunvericiliyinə zidd olan digər davranışlar ər-arvadın şəxsiyyət hüququnlarını pozur və mənəvi zərərin vurulma əsasını təşkil edir.


Ər-arvaddan birinin heç bir qanuni əsas, o cümlədən digərinin razılığı olmadan şəxsi və ya ailə sirri təşkil edən məlumatları yayması qadağandır. Məsələn, şəxsi yazışmalar, keçmişi ilə bağlı məlumatlar, ər-arvad arasındakı şəxsi münasibətlər (emosional, cinsi və s.), ailədaxili davranışlar, uşaqların mənşəyi, övladlığa götürmə ilə bağlı məlumatlar, həmçinin ailə üçün məxfi və həssas xarakter daşıyan digər məlumatlar.

Atalığı mübahisələndirən şəxsin öz övladı kimi qəbul etdiyi, qayğı göstərdiyi, böyüməsində, təhsilində və tərbiyəsində iştirak etdiyi uşağın bioloji atası olmaması faktının müəyyən edilməsi, həmin şəxsin valideynik hüquqlarını pozmaqla yanaşı, işin hallarından asılı olaraq atanın şərəf və ləyaqətinin alçaldılmasına da səbəb ola bilər.

Atalığa dair mübahisə açmaq hüququndan sui-istifadə, bu tələbin qərəzli olaraq qaldırılması, habelə vicdansızcasına açıq-aşkar əsassız iddianın verilməsi isə işin hallarından asılı olaraq arvadın şərəf və ləyaqətinin alçaldılmasına, habelə digər şəxsiyyət hüquqlarının pozulmasına səbəb ola bilər.

Hörmətsiz davranış sərgiləmə - ər-arvaddan birinin digərini bəyənməməsini ləyaqətini alçaldacaq tərzdə özünə və ya kənar şəxslərə bildirməsində ifadə oluna bilər. Məsələn, ər-arvaddan birinin digərinin xarici görünüşünə lağ etməsi, lazımsız, dəyərsiz olduğunu bildirməsi və bu kimi ləyaqətin alçaldılmasına səbəb olan digər kobud ifadələr işlətməsi.
 

Etibarsız nikah nəticəsində mənəvi zərərin ödənilməsi zamanı saxta nikahın bağlanmasında cavabdehin təqsiri, nikahın etibarsızlığını aradan qaldıran halların mövcudluğu, iddiaçının özünün nikah bağlanarkən etibarsızlıq şərtləri barədə məlumatlı olub-olmaması nəzərə alınır.
Ər-arvaddan birinin ayrılmaq və ya boşanmaq istəməsi, qanunla nəzərdə tutulmuş digər imkanlardan istifadə etməsi pozuntu hesab edilmir. Məsələn, nikah dövründə birgə əmlakın bölgüsü barədə iddianın qaldırılması və ya buna dair nikah müqaviləsinin bağlanmasının təklif edilməsi və digər bu kimi hüquqi imkanlardan istifadə qanunidir.


Bundan başqa, nikah münasibətlərinin faktiki pozulmasından sonra edilən bir sıra hərəkətlər də ər-arvadın şəxsiyyət hüquqlarının pozulması hesab edilmir və mənəvi zərərin vurulması əsasını təşkil edə bilməz. Məsələn, arvada (ərə) maddi yardım və qayğı göstərməmə, xəstəliyi ilə maraqlanmama və ər-arvad münasibətlərindən irəli gələn digər öhdəlikləri icra etməmə və s.

Mənəvi zərərin həcmi müəyyən edilərkən ümumi meyarlarla yanaşı xüsusi olaraq evliliyin müddəti, ər-arvadın yaşı, yenidən evlənmə imkanları, sağlamlıq vəziyyəti digər xüsusi hallar nəzərə alınır.

Xüsusi olaraq qeyd edilməlidir ki, şəxsin yalnız şəxsiyyət, yəni qeyri-əmlak hüquqlarının pozulması ona mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması birbaşa mənəvi zərərin yaranmasına səbəb olmasa da, bəzi hallarda mənəvi zərər vurulmasına gətirib çıxara bilər.

Ərin-arvadın bir-birindən aliment və əlavə xərclər almaq hüququ da əmlak hüquqlarıdır, bu hüquqların pozulması yalnız o halda mənəvi zərərə səbəb olacaq ki, şəxsiyyət hüquqlarının pozulmasına gətirib çıxarsın.

Məsələn, arvadına (ərinə) aliment ödəmək öhdəliyi olan ərin (arvadın) bu vəzifəsini yerinə yetirməməsi nəticəsində maddi zərər yaranır, lakin alimentin ödənilməməsi nəticəsində əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan qarşı tərəfin müalicə ala bilməməsi səbəbindən səhhəti pisləşərsə, artıq mənəvi zərər əsası yarana bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ

Sosial sahə üzrə elektron xidmətlərə nə qədər müraciət edilib?

Sosial sahə üzrə elektron xidmətlərə nə qədər müraciət edilib?

48 yaşlı aktyor 21 yaşlı balerina ilə EVLƏNDİ – FOTO

48 yaşlı aktyor 21 yaşlı balerina ilə EVLƏNDİ – FOTO

“İmişli” Hernandezi TRANSFER ETDİ

“İmişli” Hernandezi TRANSFER ETDİ

Sabah çiskin olacaq – PROQNOZ

Sabah çiskin olacaq – PROQNOZ

Şəhid Vasif Süleymanovun xatirəsi böyük ehtiramla yad edildi - FOTO

Şəhid Vasif Süleymanovun xatirəsi böyük ehtiramla yad edildi - FOTO

Azərbaycanlı müğənni rus sevgilisindən ayrıldı - FOTO

Azərbaycanlı müğənni rus sevgilisindən ayrıldı - FOTO

ABŞ-İran qarşıdurmasında KRİTİK MƏRHƏLƏ – 10 gündən sonra...

ABŞ-İran qarşıdurmasında KRİTİK MƏRHƏLƏ – 10 gündən sonra...

Nazir müavini: "Azərbaycanda iki universitetin statusu dəyişdirilə bilər"

Nazir müavini: "Azərbaycanda iki universitetin statusu dəyişdirilə bilər"

Xalq artisti öldüyü gün bacısı qızı evindən oğurluq edib? - VİDEO

Xalq artisti öldüyü gün bacısı qızı evindən oğurluq edib? - VİDEO

Bill Qeyts etiraf etdi: “2 rus qadınla münasibətim olub” - VİDEO

Bill Qeyts etiraf etdi: “2 rus qadınla münasibətim olub” - VİDEO

Polis Qaradağda əməliyyat keçirdi – SAXLANILAN VAR - FOTO/VİDEO

Polis Qaradağda əməliyyat keçirdi – SAXLANILAN VAR - FOTO/VİDEO

Prezident Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında - FOTO

Prezident Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında - FOTO

“Problemlərlə bağlı TƏBİB-ə müraciət edəndə vəsait ayıra bilməyəcəklərini dedilər” - MƏHKƏMƏ

“Problemlərlə bağlı TƏBİB-ə müraciət edəndə vəsait ayıra bilməyəcəklərini dedilər” - MƏHKƏMƏ

Xocavənddə neandertal insana aid daha bir qalıq tapıldı

Xocavənddə neandertal insana aid daha bir qalıq tapıldı

5 BÜRC qışın sonunda taleyüklü qərar verəcək

5 BÜRC qışın sonunda taleyüklü qərar verəcək

Anar Kərimova daha bir vəzifə verildi

Anar Kərimova daha bir vəzifə verildi

Bakıda NATO heyəti ilə görüş keçirilir – FOTO

Bakıda NATO heyəti ilə görüş keçirilir – FOTO

Baş nazirdən Azərbaycan vətəndaşlığının müəyyənləşdirilməsi ilə bağlı QƏRAR

Baş nazirdən Azərbaycan vətəndaşlığının müəyyənləşdirilməsi ilə bağlı QƏRAR

Uşaq və yeniyetmələrin oruc tutması düzgündür? – İlahiyyatçı və həkimlərdən TƏZADLI YANAŞMA

Uşaq və yeniyetmələrin oruc tutması düzgündür? – İlahiyyatçı və həkimlərdən TƏZADLI YANAŞMA

Abdulla Avcı Azərbaycandan təklif alıb?

Abdulla Avcı Azərbaycandan təklif alıb?

FHN 77 yaşlı qadını belə xilas etdi – VİDEO

FHN 77 yaşlı qadını belə xilas etdi – VİDEO

Xanyurdu öz sakinlərini qarşılayır - VİDEO

Xanyurdu öz sakinlərini qarşılayır - VİDEO

Bakıxanov sakinlərinə ŞAD XƏBƏR – VİDEO

Bakıxanov sakinlərinə ŞAD XƏBƏR – VİDEO

End of content

No more pages to load

RADİO