"Quşçuluq biznesi", işədüzəltmə vədləri ilə tanışlarını dəfələrlə aldatdı - Kuryoz DƏLƏDUZLUQ

Külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Vüqar Əsədovun cinayət isinin məhkəmə araşdırması başa çatıb.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda prokuror çıxış edərək müttəhimin 9 il azadlıqdan məhrum edilməsini istəyib.

Vəkillər müdafiə çıxışı üçün vaxt istəyiblər. Növbəti proses martın 10-na təyin edilib.

Xatırladaq ki, istintaqla Vüqar Əsədovun tanışları Rövşən Kazımov, Hikmət Kazımov və Vilayət Yaqubova qarşı dələduzluq etdiyi müəyyən olunub.
 

Belə ki, o, R.Kazımova özünü etibarlı biznes tərəfdaşı kimi təqdim edərək, guya quşçuluq məhsullarının satışı ilə məşğul olduğunu bildirib. Ona yatırım edəcəyi təqdirdə verilən məbləğin aylıq 7-10 faizi qədər gəlir əldə edəcəyinə dair yalan vəd verib. Bu adla ondan ümumilikdə 247 min manat məbləğində pul vəsaitini şəxsən və tanışı İlham Əlisoyun vasitəsi ilə alıb.


Təqsirləndirilən şəxs bundan sonra gəlir əldə edilməsinə dair saxta rəy yaratmaq məqsədi ilə hissə-hissə Rövşən Kazımova ümumilikdə 123 min 990 manat pul vəsaitini divident adı ilə geri qaytarıb.

Qalan 123 min 10 manat pul vəsaitini şəxsi ehtiyaclarına sərf edib.

Bundan başqa o, təkrarən zərərçəkmiş Rövşən Kazımova övladı Misirxan Kazımlının Dövlət Miqrasiya Xidmətinə işə qəbul edilməsinə köməklik göstərilməsi üçün 50 min manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirib. Təqsirləndirilən şəxs özünün yaxın münasibətdə olduğu şəxslər vasitəsilə M.Kazımlını qeyd olunan xidmətə işə qəbul etdirə biləcəyinə dair onun atasına yalan vəd verib və bu məqsədlə 45 min manat pul vəsaitini alıb.

Vüqar Əsədov zərərçəkmiş R.Kazımovun oğlu digər oğlu Mətin Kazımlını hüquq mühafizə orqanlarında işə qəbul etdirə biləcəyinə inandıraraq bunun üçün də ondan 42 min 500 manat məbləğində pul vəsaitini alaraq təkrarən dələduzluq edib.

Eyni zamanda, Vüqar Əsədov "quşçuluq biznesinə" pul yatırmaq adı ilə Vilayət Yaqubovun da 141 min 900 manat pul vəsaitini ələ keçirib.

Onun 33 min 754 manat pul vəsaitini "gəlir" adı ilə geri qaytarıb, 108 min 146 manatı isə mənimsəyib.
 

Təqsirləndirilən şəxs tanışı Hikmət Kazımovla "iş görmək" adı ilə sövdələşərək, onun ümumilikdə 115 min 275 manat məbləğində pulunu və əmlakını alıb. Pulun bir hissəsini "gəlir" görüntüsü yaratmaq üçün qaytarsa da, yerdə qalan 89 min 575 manat pul vəsaitini ələ keçirib.


Bununla da o, zərərçəkmişlərə ümumilikdə 408 min 231 manat maddi ziyan vurub. Zərərçəkmiş şəxs qismində R.Kazımov, H.Kazımov və V.Yaqubov tanınıb. V.Əsədova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdamda ilk bayram tonqalı qalandı - FOTO

Ağdamda ilk bayram tonqalı qalandı - FOTO

“Sabah”ın sabiq baş məşqçisi istefaya göndərildi

“Sabah”ın sabiq baş məşqçisi istefaya göndərildi

Pezeşkian Azərbaycan - Ermənistan arasında sülh sazişindən DANIŞDI

Pezeşkian Azərbaycan - Ermənistan arasında sülh sazişindən DANIŞDI

Kürdəmirdə su çərşənbəsi xüsusi təmtəraqla qeyd olundu - VİDEO

Kürdəmirdə su çərşənbəsi xüsusi təmtəraqla qeyd olundu - VİDEO

Ramazanın YEDDİNCİ GÜNÜ: İmsak və iftar vaxtı, günün duası

Ramazanın YEDDİNCİ GÜNÜ: İmsak və iftar vaxtı, günün duası

Zelenski şərtini AÇIQLADI: Bu halda prezidentliyə namizəd olacaq

Zelenski şərtini AÇIQLADI: Bu halda prezidentliyə namizəd olacaq

Yeniyetmə çərşənbə tonqalında yanıq xəsarətləri aldı

Yeniyetmə çərşənbə tonqalında yanıq xəsarətləri aldı

“Səbail” yenə XAL İTİRDİ

“Səbail” yenə XAL İTİRDİ

Kafedə partlayış baş verdi - Sahibi XƏSARƏT ALDI

Kafedə partlayış baş verdi - Sahibi XƏSARƏT ALDI

Putinin Ukraynada heç bir strateji məqsədi həyata keçməyib - KİV

Putinin Ukraynada heç bir strateji məqsədi həyata keçməyib - KİV

Şəmkirdəki qəzada xəsarət alanların kimliyi BİLİNDİ

Şəmkirdəki qəzada xəsarət alanların kimliyi BİLİNDİ

"Quşçuluq biznesi", işədüzəltmə vədləri ilə tanışlarını dəfələrlə aldatdı - Kuryoz DƏLƏDUZLUQ

"Quşçuluq biznesi", işədüzəltmə vədləri ilə tanışlarını dəfələrlə aldatdı - Kuryoz DƏLƏDUZLUQ

“Xankəndi” əsas rəqibini məğlub edərək liderliyə YÜKSƏLDİ

“Xankəndi” əsas rəqibini məğlub edərək liderliyə YÜKSƏLDİ

ABŞ İran ətrafında hərbi qruplaşmanı ARTIRIR – Hücum reallaşacaqmı?

ABŞ İran ətrafında hərbi qruplaşmanı ARTIRIR – Hücum reallaşacaqmı?

Marketdə CİDDİ NÖQSAN: Vaxtı keçmiş məhsullar aşkarlandı - FOTO

Marketdə CİDDİ NÖQSAN: Vaxtı keçmiş məhsullar aşkarlandı - FOTO

Əkizləri 2026-cı ildə nə gözləyir? - Taleyüklü qərarlar, tanışlıqlar və...

Əkizləri 2026-cı ildə nə gözləyir? - Taleyüklü qərarlar, tanışlıqlar və...

Şəmkirdə AĞIR QƏZA: Bir ölü, dörd yaralı var

Şəmkirdə AĞIR QƏZA: Bir ölü, dörd yaralı var

Çempionat oyunları TƏXİRƏ SALINDI

Çempionat oyunları TƏXİRƏ SALINDI

Zabratda su xəttində baş verən qəza aradan qaldırıldı

Zabratda su xəttində baş verən qəza aradan qaldırıldı

Almaniyanın müdafiə naziri Trampı İTTİHAM ETDİ: “Putinin mövqelərini gücləndirir”

Almaniyanın müdafiə naziri Trampı İTTİHAM ETDİ: “Putinin mövqelərini gücləndirir”

Axşam saatlarında Xankəndidə HƏYAT - VİDEO

Axşam saatlarında Xankəndidə HƏYAT - VİDEO

Bakının 18 istiqamətində SIXLIQ VAR

Bakının 18 istiqamətində SIXLIQ VAR

Flikdən futbolçularına SƏRT CƏZALAR

Flikdən futbolçularına SƏRT CƏZALAR

DTX Gültəkin Hacıbəylinin evində AXTARIŞ APARDI

DTX Gültəkin Hacıbəylinin evində AXTARIŞ APARDI

End of content

No more pages to load

RADİO