Zərdabda şəhid atası dünyasını dəyişib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, şəhid, kiçik gizir Fərid Rüstəmovun atası Nofəl Rüstəmov uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.
Mərhumun cənazəsi bu gün rayonun Gəndəbil kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, şəhid Fərid Nofəl oğlu Rüstəmov 15 dekabr 1993-cü ildə Zərdab rayonun Gəndəbil kəndində anadan olub. Zərdab rayonu, Gəndəbil tam orta məktəbini bitirib.
Azərbaycan Ordusunun kiçik giziri olan Fərid Rüstəmov 2022-ci il sentyabr ayının 12-də Zəngilan rayonu ərazisində Ermənistanın genişmiqyaslı təxribatının qarşısı alınarkən şəhid olub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Fərid Rüstəmov “Vətən uğrunda” medalı ilə tətif edilib.

Bizim.Media, Aran bürosu