Qubada kişi meyiti tapılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Qubanın Qonaqkənd qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 71 yaşlı Söhrab Məmmədov tanışı Nəsibə Dadaşovanın evində ölü vəziyyətdə aşkar edilib.
Mərhumun qəfil ürək tutmasından vəfat etdiyi bildirilir.
Faktı Quba rayon prokurorluğu araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu