BİZİM TƏQVİM: 25 fevral tarixində baş vermiş tarixi hadisələr

25 fevral 1919–cu ildə Azərbaycan Xalq Cümhuriyyəti parlamentində yaranmış növbəti hökumət böhranı nəticəsində Fətəli xan Xoyskinin başçılıq etdiyi üçüncü kabinet fəaliyyətini dayandırıb.

Ay yarım sürən gərgin müzakirələrdən sonra Nəsib bəy Yusifbəylinin başçılığı ilə dördüncü hökumət kabineti təşkil edilib.

Bəs, 25 fevralda daha hansı hadisələr baş verib?

1. 1921-ci il 25 fevralda 11-ci Qırmızı Ordu Gürcüstana daxil olub. Bununla da Qafqazda son müstəqil dövlət – Gürcüstan Respublikası süquta uğrayıb.

2. 1961-ci ildə İran körfəzinin ən zəngin əmirliklərindən birinin – Küveytin müstəqilliyi elan edilib. 

3. 1964-cü ilin 25 fevralında Məhəmməd Əli  Klay Sonni Listonu məğlub edərək ağır çəkidə dünya üzrə boks çempionu olub.

4. Qərbi İordaniya şəhəri olan Hebronda Barux Qoldşteyn adlı bir yəhudi odlu silahla 29 fələstinlini öldürdu, 125-ini yaraladı. 25 fevral 1994-cü ildə törədilən bu qətliam tarixə "İbrahim məscidi qətliamı" olaraq düşdü.

5. 25 fevral 1991-ci ildə Varşava Müqaviləsi Təşkilatının üzvlərinin Budabeştdə keçirilən iclasda onu ləğv ediblər.

6. 1992-ci ilin 25 fevralında Erməni silahlı birləşmələri ilə 366-cı motoatıcı alay Xocalı üzərinə hücuma başlayıb.

7. 1992-ci il. Azərbaycanla Yəmən Ərəb Respublikası arasında diplomatik münasibətlər qurulub. Yəmən Ərəb Respublikası ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 30-da tanıyıb.

25 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

1. Türkiyənin ən böyük iş adamlarından biri olan Vehbi Koç 1994-cü ilin 25 fevralında Antalyada infarktdan vəfat edib.

2. 25 fevral 1910-cu ildə tanınmış rəssam, milli teatr-dekorasiya sənətinin yaradıcılarından biri Rüstəm Mustafayev anadan olub. (1910-1970). “Şah İsmayıl”, “Leyli və Məcnun", "Aşıq Qərib", "Koroğlu" kimi operalara verdiyi tərtibat Üzeyir Hacıbəyli tərəfindən yüksək qiymətləndirilib. Rüstəm Mustafayev Azərbaycan Dövlət Dram Teatrında baş rəssam işləyib. Onun Mirzə Cəlilin, Cəfər Cabbarlının, Hüseyn Cavidin, Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında hazırlanan tamaşalara verdiyi tərtibatlar Azərbaycan teatr-dekorasiya sənətinin orijinal, qiymətli nümunələri sayılır.

3. 1910-cu ilin bu günündə  bioloq alim, akademik İmam Mustafayevin doğulub.(1910-1997). İmam Mustafayev 1954-1959-cu illərdə Azərbaycan KP MK-nın birinci katibi olub. Azərbaycanda aqrar elmin inkişafında, elmi kadrların hazırlanmasında səmərəli xidmətlər göstərib, üzün illər Azərbaycan Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutuna rəhbərlik edib. Bir neçə elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifidir

4. Sovet İttifaqı Qəhrəmanı Ağaşirin Cəfərov 25 fevarl 1906-cı ildə anadan olub.

5. Azərbaycanın Milli Qəhrəmanı, Xocalı könüllü batalyonunun komandiri Aqil Quliyev 25 fevral 1992-ci ildə şəhid olub.

6. Azərbaycanın Milli Qəhrəmanı, Xocalı aeroportunun komendantı Əlif Hacıyev 25 fevral 1992-ci ilədə şəhidlik zirvəsinə yüksəlib.

7. Türkiyənin Ali Məktəb Rektorları Şurasının ilk sədri, pediatr. AMEA-nın fəxri üzvü İhsan Doğramacı 25 fevral 2010-cu ildə vəfat edib.

8. Azərbaycanlı müğənni, Xalq artisti İlhamə Quliyeva məhz 2016-cı ilin bu günündə dünyasını dəyişib.

9. Azərbaycan xanəndəsi, bəstəkar və pedaqoq, Xalq artisti, musiqişunas alim, professor, görkəmli mədəniyyət xadimi Əlibaba Məmmədov 25 fevral 2022-ci ildə vəfat edib.

10. Filologiya elmləri doktoru, dilçi-türkoloq, Əməkdar Elm Xadimi, professor Həsən Mirzə 25 fevral 2015-ci ildə dünyasını dəyişib.

Surxay Atakişiyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nadir Qafarzadə: “Etdiyim bir çox şeylərə görə peşmanam”

Nadir Qafarzadə: “Etdiyim bir çox şeylərə görə peşmanam”

Qızılın qiyməti yenidən 5,2 min dolları keçdi

Qızılın qiyməti yenidən 5,2 min dolları keçdi

Su sayğacları DƏYİŞDİRİLƏCƏK – Smart yoxsa mexaniki QURAŞDIRILACAQ? – RƏSMİ

Su sayğacları DƏYİŞDİRİLƏCƏK – Smart yoxsa mexaniki QURAŞDIRILACAQ? – RƏSMİ

"Qarabağ" dünya reytinqində 71-ci pillədə qərarlaşdı

"Qarabağ" dünya reytinqində 71-ci pillədə qərarlaşdı

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Leyla Əliyeva Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarovun ailəsini ziyarət etdi – FOTO

Leyla Əliyeva Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarovun ailəsini ziyarət etdi – FOTO

AMEA-dan Ramiz Mehdiyevin həqiqi üzvlükdən çıxarılmasına REAKSİYA

AMEA-dan Ramiz Mehdiyevin həqiqi üzvlükdən çıxarılmasına REAKSİYA

Bütün dünyaya bəs edəcək qızıl ehtiyatı tapıldı - FOTO

Bütün dünyaya bəs edəcək qızıl ehtiyatı tapıldı - FOTO

Neftin qiyməti artır

Neftin qiyməti artır

Bakının bu ərazisində qaz KƏSİLƏCƏK

Bakının bu ərazisində qaz KƏSİLƏCƏK

"Hadisələri 20-30 il əvvəldən görürəm"

"Hadisələri 20-30 il əvvəldən görürəm"

Bakıdan Laçına ilk avtobus yola düşdü – FOTO

Bakıdan Laçına ilk avtobus yola düşdü – FOTO

Leyla Əliyeva və Alena Əliyeva Qubada STEAM mərkəzində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Qubada STEAM mərkəzində - FOTO

Kredit götürmək istəyənlərin nəzərinə! — Başqasının borcuna görə əmlakınızı əlinizdən ala bilərlər

Kredit götürmək istəyənlərin nəzərinə! — Başqasının borcuna görə əmlakınızı əlinizdən ala bilərlər

Qaxda yas mərasimləri belə təşkil olunacaq - FOTO

Qaxda yas mərasimləri belə təşkil olunacaq - FOTO

Qarın hündürlüyü 3 metri keçdi, evlər “yoxa çıxdı” - Fotolar

Qarın hündürlüyü 3 metri keçdi, evlər “yoxa çıxdı” - Fotolar

Minimum əməkhaqqı bu tarixdə ARTIRILA BİLƏR - 600 manat OLACAQ?

Minimum əməkhaqqı bu tarixdə ARTIRILA BİLƏR - 600 manat OLACAQ?

Zakir Həsənov Yaşar Gülerə başsağlığı VERDİ

Zakir Həsənov Yaşar Gülerə başsağlığı VERDİ

Bakıda ən ucuz torpaq sahələri bu 4 qəsəbədədir

Bakıda ən ucuz torpaq sahələri bu 4 qəsəbədədir

Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur

Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur

Azərbaycanda iş saatları AZALDILIR

Azərbaycanda iş saatları AZALDILIR

13 yaşlı qızını vəzifəyə təyin etdi - Raketlərlə bağlı əmrlər verir

13 yaşlı qızını vəzifəyə təyin etdi - Raketlərlə bağlı əmrlər verir

Başçı tutuldu, işçilər dağıldı - 8 vəzifə boşdur

Başçı tutuldu, işçilər dağıldı - 8 vəzifə boşdur

Çempionlar Liqası: “Qalatasaray” bu gecə pley-off-da son oyununa çıxır

Çempionlar Liqası: “Qalatasaray” bu gecə pley-off-da son oyununa çıxır

End of content

No more pages to load

RADİO