Azərbaycanla bir neçə ölkə arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupları yaradılıb.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə ediləcək “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” qərarına təklif edilən dəyişiklikdə əks olunub.
Aşağıda adları qeyd edilən deputatların Azərbaycanla Keniya, Qambiya, Laos və Maldiv arasında parlamentlərarası əlaqələr üzrə İşçi qruplarının rəhbərləri seçilməsi, Nepalla parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri isə dəyişdirilməsi təklif edilib:
Azərbaycan-Keniya parlamentlərarası İşçi Qrupu – Namazov Ramid Zakir oğlu;
Azərbaycan-Qambiya parlamentlərarası İşçi Qrupu - Qurbanov Eyvaz Daşdəmir oğlu;
Azərbaycan- Laos parlamentlərarası İşçi Qrupu – Paşayeva Gülşən Məmmədəli qızı;
Azərbaycan – Maldiv parlamentlərarası İşçi Qrupu – Allahverənov Azər Kərim oğlu;
Azərbaycan – Nepal parlamentlərarası İşçi Qrupunun sədri isə dəyişib, Ramil Həsəni Vasif Qafarov əvəzləyib.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Günay Şahmar, Bizim.Media