Baş Prokurorluq: “Böyükağa Abdullayevin səsləndirdiyi şikayət və iddialar tamamilə əsassızdır”

"Bəzi sosial şəbəkə səhifələrində vətəndaş Böyükağa Abdullayev, onun həyat yoldaşı və ailə üzvünün qanunsuzluqlara məruz qalmasına dair həqiqəti əks etdirməyən məlumatlar paylaşılıb".

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun Mətbuat xidməti yayıb.

“Bildiririk ki, Böyükağa Abdullayev 2004–2009-cu illərdə “Eko-Servis KO” MMC-nin həmtəsisçisi kimi qabaqcadan əlbir olan şəxslərlə birlikdə Tovuz rayonu ərazisində yerləşən “Koroğlu” tras yatağından əldə edilmiş 141 min manatdan artıq vəsaiti digər həmtəsisçidən və onun vərəsəsindən gizlədərək ələ keçirməklə, həmçinin vergi sənədlərini saxtalaşdırmaqla 3 min manatadək məbləğdə verginin ödənilməsindən yayınıb.

Bundan başqa, o, icarə müqaviləsinə xitam verildikdən sonra yatağın qanuni istifadəçisi olan “İlqar-7.T” MMC-nin fəaliyyətinə qanunsuz müdaxilə edərək istehsal prosesini dayandırıb və bununla da müəssisəyə 67 min manat məbləğində ziyan vurub.

Həmçinin, B.Abdullayev Tovuz rayonu ərazisindən keçən dəmiryolunun yük stansiyasında inşa edilmiş, “Qaradağ Sement” ASC-yə məxsus anbarın üst hissəsində olan 12 ədəd dəmir-beton plitələrini oğurlayıb.

Qeyd edilən əməllərinə görə o, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07.05.2012-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.4, 177.2.2, 178.3.2, 213.1, 322.2-cü maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Gəncə Apellyasiya Məhkəməsinin 18.02.2013-cü il tarixli qərarı ilə həmin hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Daha sonra Bakı şəhəri Nizami rayon Məhkəməsi 21.12.2016-cı il tarixli qərarla onun barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 06.05.2016-cı il tarixli Qanunu tətbiq edilərək cəzasından 1 il çıxılmaqla üzərində 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Əlavə olaraq, B.Abdullayevin oğlu Fəqan Abdullayev Bakı Ağır Cinayətlər Məhkəməsinin 25.04.2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə (ağırlaşdırıcı hallarda quldurluq) təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

F.Abdullayev cəzasını çəkdiyi müddətdə cəzaçəkmə müəssisələrində saxlanılan şəxsə qadağan olunmuş əşyanı verdiyi üçün Qaradağ Rayon Məhkəməsinin 30.05.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 317-2.1 və 67.1-ci maddələri ilə təqsirli bilinib və ona qəti olaraq 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Fəqan Abdullayev cəza çəkdiyi ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı Bakı şəhəri Xəzər rayon Məhkəməsinə ərizə ilə müraciət edib, məhkəmənin 31.10.2025-ci il tarixli qərarı ilə onun cəzasının çəkilməmiş qalan 2 il 7 ay hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsi məhkəmə tərəfindən təmin edilib.

Həmin qərardan prokuror tərəfindən verilmiş apellyasiya protesti Bakı Apellyasiya Məhkəməsinin 15.12.2025-ci il tarixli qərarı ilə təmin edilib.

Ardınca Fəqan Abdullayev cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilməsi ilə bağlı Bakı şəhəri Xəzər rayon Məhkəməsinə ərizə ilə müraciət edib və məhkəmənin 20.02.2026-cı il tarixli qərarı ilə ərizəsi təmin edilməyib.

Hazırda Fəqan Abdullayev cəzaçəkmə müəssisəsində cəzasını çəkməkdədir.

Beləliklə, Böyükağa Abdullayev və onun həyat yoldaşı tərəfindən səsləndirilən iddialara müvafiq qaydada baxılaraq onları təsdiq edən hər hansı hüquqi əsas müəyyən edilməyib. B.Abdullayev və onun oğlu barəsində çıxarılmış məhkəmə hökmləri qanuni qüvvəyə minib və yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılaraq qüvvədə saxlanılıb.

Hazırda yayılan məlumatlar məhkəmə aktları ilə müəyyən edilən hüquqi vəziyyəti dəyişmir və obyektiv reallığı əks etdirmir. Bu baxımdan vətəndaşın səsləndirdiyi şikayət və iddialar tamamilə əsassızdır”, deyə materialda bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Medvedev Kallasa cavab verdi: “Hərbçilərimiz istəsə, 1945-ci ildə olduğu kimi Avropaya vizasız girə bilər”

Medvedev Kallasa cavab verdi: “Hərbçilərimiz istəsə, 1945-ci ildə olduğu kimi Avropaya vizasız girə bilər”

“Mançester Yunayted” səfərdə qalib gəldi - VİDEO

“Mançester Yunayted” səfərdə qalib gəldi - VİDEO

Zelenski: “Bu gün Putinin Kiyevi 3 günə ələ keçirmək arzusundan düz 4 il keçir”

Zelenski: “Bu gün Putinin Kiyevi 3 günə ələ keçirmək arzusundan düz 4 il keçir”

Ukraynada Rusiya ordusunun təsdiqlənmiş itkiləri açıqlandı

Ukraynada Rusiya ordusunun təsdiqlənmiş itkiləri açıqlandı

Azərbaycanda özəl sənaye məhəllələri yaradılır

Azərbaycanda özəl sənaye məhəllələri yaradılır

İcbari tibbi sığortadan istifadə edənlərin NƏZƏRİNƏ – Müddət UZADILDI

İcbari tibbi sığortadan istifadə edənlərin NƏZƏRİNƏ – Müddət UZADILDI

Bakı metrosunda PROBLEM – Qatarlar niyə GECİKİR?

Bakı metrosunda PROBLEM – Qatarlar niyə GECİKİR?

Strateji investisiyalar bu halda dövlət tərəfindən ALINA BİLƏCƏK

Strateji investisiyalar bu halda dövlət tərəfindən ALINA BİLƏCƏK

Cərimə meydançasına aparılan avtomobillərlə bağlı YENİ QAYDA

Cərimə meydançasına aparılan avtomobillərlə bağlı YENİ QAYDA

Ödənişli yollarla bağlı YENİLİK – Sürət həddi bu qədər olacaq

Ödənişli yollarla bağlı YENİLİK – Sürət həddi bu qədər olacaq

Xoşqədəm Hidayətqızının bacısı oğlu yeni vəzifəyə təyin edildi

Xoşqədəm Hidayətqızının bacısı oğlu yeni vəzifəyə təyin edildi

Xocalıda məskunlaşan əhalinin sayı AÇIQLANDI

Xocalıda məskunlaşan əhalinin sayı AÇIQLANDI

Beş deputat yeni vəzifəyə seçildi – ADLAR

Beş deputat yeni vəzifəyə seçildi – ADLAR

Marketlərdə polietilen torbalar yenidən BAHALAŞDI - FOTOFAKT

Marketlərdə polietilen torbalar yenidən BAHALAŞDI - FOTOFAKT

Digərinin yerinə də işləyənə əlavə maaş verilməlidir?

Digərinin yerinə də işləyənə əlavə maaş verilməlidir?

"BakuBus"ın sürücüsü niyə avtobus zolağı ilə hərəkət etmir? - VİDEO

"BakuBus"ın sürücüsü niyə avtobus zolağı ilə hərəkət etmir? - VİDEO

Zibeydə Bayramova yüksək vəzifəyə TƏYİN EDİLDİ

Zibeydə Bayramova yüksək vəzifəyə TƏYİN EDİLDİ

“Keçmiş məcburi köçkünlər evləri özləri tiksin” – Deputatdan TƏKLİF

“Keçmiş məcburi köçkünlər evləri özləri tiksin” – Deputatdan TƏKLİF

Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından məhrum edildi

Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından məhrum edildi

İlham Əliyevdən Estoniya Prezidentinə MƏKTUB

İlham Əliyevdən Estoniya Prezidentinə MƏKTUB

İşğaldan azad edilmiş ərazilərdə istehsal olunan məhsullar xarici bazarlara ÇIXIR

İşğaldan azad edilmiş ərazilərdə istehsal olunan məhsullar xarici bazarlara ÇIXIR

“Nyukasl”ın futbolçusu: “Qarabağ” çətin rəqibdir”

“Nyukasl”ın futbolçusu: “Qarabağ” çətin rəqibdir”

Bakıda bu rayonlarda yeni söküntülər olacaq - Ünvanlar

Bakıda bu rayonlarda yeni söküntülər olacaq - Ünvanlar

Son 10 ildə sənaye zonalarında 20 milyarda yaxın məhsul satılıb

Son 10 ildə sənaye zonalarında 20 milyarda yaxın məhsul satılıb

End of content

No more pages to load

RADİO