Su çərşənbəsinin unudulan və yaşadılan adətləri

Azərbaycanda bu il Novruz çərşənbələri fevral ayından başlayır.

Bizim.Media xəbər verir ki, beləliklə, Novruz bayramının ilk çərşənbəsi olan – Su çərşənbəsi 24 fevral, Od çərşənbəsi – 3 mart, Yel çərşənbəsi – 10 mart, Torpaq çərşənbəsi (İlaxır çərşənbə) – 17 mart tarixlərinə təsadüf edir.

Novruz bayramı axşamı isə martın 20-sidir.

Adətən Su çərşənbəsindən başlayaraq evlərdə Novruz bayramına hazırlıqlar start götürür. Sanki bu günlə birlikdə təkcə təbiət deyil, insan ruhu da oyanır, ev-eşik, həyət-baca, qəlb və düşüncə təzələnməyə başlayır. Qədim inanclara görə, kainat dörd əsas ünsürdən - su, od, külək və torpaqdan yaranıb. Novruza qədər dörd çərşənbənin qeyd olunması da məhz bu ilkin yaradılış fəlsəfəsi ilə bağlıdır.

Su çərşənbəsi ilə bağlı maraqlı adətlər...

Bu ardıcıllıq təsadüfi deyil: əvvəlcə su hərəkətə gəlir, sonra od istilik gətirir, ardınca yel nəfəs verir, sonda torpaq oyanaraq canlanır.

Su çərşənbəsində su və su mənbələrinin təzələndiyinə, canlandığına inanılır.

Bu çərşənbə xalq arasında müxtəlif adlarla tanınır: “Yalançı çərşənbə”, “Əzəl çərşənbə”, “Sular Novruzu”, “Əvvəl çərşənbə”, “Gözəl çərşənbə”, “Gül çərşənbə”. Bu adların hər biri suyun ilkinlik, təmizlik və başlanğıc rəmzi olmasından xəbər verir. “Yalançı” adlandırılması isə onun hələ qışın tam bitmədiyi, amma yazın nəfəsinin duyulduğu bir keçid mərhələsinə düşməsi ilə əlaqələndirilir.
 

Folklorşünaslar qeyd edirlər ki, Su çərşənbəsinin tarixi çox qədimlərə gedib çıxır və kainatın yaradılışı ilə bağlı mifoloji təsəvvürlərlə sıx əlaqəlidir. Qədim türklərin dünyagörüşündə su həyatın başlanğıcı, diriliyin və saflığın əsas mənbəyi hesab olunurdu. Elə buna görə də bu gün həyata keçirilən mərasimlərin əksəriyyəti məhz su ilə bağlıdır.


Suyun təzələnməsi kimi anlaşıldığından, həmin gün insanlar sübh tezdən axar suyun üstünə gedər, onun üstündən atılarlar. Axar su həyatın hərəkətdə olan, durulmayan, saf və pak halıdır. Üstündən üç dəfə atılmaqla insanlar xəstəliklərdən, dərd-bəladan, ağırlıqdan azad olacaqlarına inanırlar. “Ağırlığım-uğurluğum bu su ilə getsin” deyimi də məhz bu inamın ifadəsidir. Su burada həm təmizləyici, həm də qoruyucu qüvvə kimi çıxış edir.

Su çərşənbəsi ilə bağlı unudulmaqda olan maraqlı adətlərdən biri də qızların saçlarından bir tutam kəsərək axar çaya atmasıdır. İnama görə, saç insanın taleyi və ömrü ilə bağlıdır. Axar suya atılan saç, qızın arzu və niyyətlərini də özü ilə aparar, onu həyata çatdırar. Bu rəmzi hərəkət həm də keçmişin ağırlıqlarından qurtulmaq, yeni həyata başlamaq anlamı daşıyırdı.

Yuxuda saç kəsmək nə deməkdir? - Dəyişiklik və yenidən...

Axar çaydan gətirilən suyun quyulara, ağacların dibinə və evlərə səpilməsi də geniş yayılmış adətlərdəndir. İnsanlar inanırdılar ki, bu su bolluq, ruzi və bərəkət gətirər. Xüsusilə ağacların dibinə səpilən su onların daha barlı-bəhrəli olmasına niyyət edilirdi. Bu mərasim təbiətə olan sevgi və bağlılığın, insanla torpaq arasındakı müqəddəs əlaqənin təzahürüdür.

Digər maraqlı adət isə “lal su” - yəni “dilsiz su” gətirilməsidir. Su çərşənbəsi səhəri tezdən bulaqdan, çaydan və ya arxdan danışmadan, heç kimlə kəlmə kəsmədən su gətirilərdi. Bu su müqəddəs sayılardı. Axşam qızlar toplaşar, hər biri öz bəxti üçün üzüyünü saçına sürtüb suya atardı. Üzük qabın kənarına dəyib cingildədikcə sayılardı. İnama görə, üzük neçə dəfə cingildəsə, o qızın bəxti də o sayda ildən sonra açılardı. Bu mərasim bir növ qədim fal ənənəsinin davamı idi və həm də gənclərin ümidlərinin, arzularının simvolu sayılırdı.

Su çərşənbəsi ilə bağlı unudulmuş inanclardan bir neçəsi bunlardır:

Həmin gün evin damına buğda atarlar ki, ilin bərəkəti artıq olsun;

Un çuvalının ağzını açıq qoyarlar ki, bərəkət paylananda bağlı qalmasın;

Axar suyun qabağını kəsmək olmaz. Əks halda insana xətər toxunar. Bu inam qədim azərbaycanlıların suyu müqəddəs bilməsinin bariz nümunəsidir;

Çərşənbə tonqalı yanıb qurtarandan sonra onun dövrəsinə üç cızıq çəkərlər. Deyilirdi ki, bunu etməsən, evə xətər dəyər, bərəkət dağılar. Bu isə odun da su və torpaq kimi müqəddəs sayıldığını göstərir;

Bayram axşamı baltanı götürüb ağacların kötüyünə yüngülcə vuraraq “Ay ağac, yatmısan, oyan, bərəkət payını götür” deyərlər. Bu, təbiətin dirilişinə çağırışdır;

Əvvəllər axar suyun üstündən atıldıqdan sonra uzaq bir yerdə saxsı qab sındırar, “Nə dərd-bəlamız varsa, bu saxsı ilə getsin” deyərdilər. Sınıq qab köhnə ilin ağırlıqlarının simvolu idi.

Su çərşənbəsi süfrəsi də özünəməxsus olur. Süfrədə mütləq təmiz sudan dəmlənmiş pürrəngi çay olmalıdır. İmkan daxilində plov bişirilməli, süfrədə yeddi adda nemət yer almalıdır. Yeddi rəqəmi qədim inanclarda müqəddəs və uğurlu sayılır. Süfrənin zənginliyi ilin bolluq və firavanlıq içində keçəcəyinə inamın ifadəsidir.
 

Novruzun ən gözəl rəmzlərindən biri olan səməni də məhz Su çərşənbəsində qoyulmağa başlanır. Səməni yazın gəlişinin, təbiətin oyanışının, əkinçiliyin və həyatın yenilənməsinin rəmzidir. Əcdadlarımız buğdanı göyərtməklə torpağın diriləcəyinə, yeni təsərrüfat ilinin bərəkətli olacağına ümid edərdilər. Səməninin yaşıl rəngi həm də ümidin, dirçəlişin və gələcəyə inamın simvoludur.


Bu gün bir çox adətlər unudulsa da, Su çərşənbəsinin mahiyyəti təmizlənmək, yenilənmək, saf niyyətlə yazı qarşılamaq dəyişməz qalır. Su həyatdır, su başlanğıcdır, su paklıqdır. Hər Su çərşənbəsi insanı öz daxilinə baxmağa, köhnə inciklikləri yumağa, yeni arzular üçün yer açmağa səsləyir.

İlk çərşənbəniz mübarək! (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Medvedev Kallasa cavab verdi: “Hərbçilərimiz istəsə, 1945-ci ildə olduğu kimi Avropaya vizasız girə bilər”

Medvedev Kallasa cavab verdi: “Hərbçilərimiz istəsə, 1945-ci ildə olduğu kimi Avropaya vizasız girə bilər”

“Mançester Yunayted” səfərdə qalib gəldi - VİDEO

“Mançester Yunayted” səfərdə qalib gəldi - VİDEO

Zelenski: “Bu gün Putinin Kiyevi 3 günə ələ keçirmək arzusundan düz 4 il keçir”

Zelenski: “Bu gün Putinin Kiyevi 3 günə ələ keçirmək arzusundan düz 4 il keçir”

Ukraynada Rusiya ordusunun təsdiqlənmiş itkiləri açıqlandı

Ukraynada Rusiya ordusunun təsdiqlənmiş itkiləri açıqlandı

Azərbaycanda özəl sənaye məhəllələri yaradılır

Azərbaycanda özəl sənaye məhəllələri yaradılır

İcbari tibbi sığortadan istifadə edənlərin NƏZƏRİNƏ – Müddət UZADILDI

İcbari tibbi sığortadan istifadə edənlərin NƏZƏRİNƏ – Müddət UZADILDI

Bakı metrosunda PROBLEM – Qatarlar niyə GECİKİR?

Bakı metrosunda PROBLEM – Qatarlar niyə GECİKİR?

Strateji investisiyalar bu halda dövlət tərəfindən ALINA BİLƏCƏK

Strateji investisiyalar bu halda dövlət tərəfindən ALINA BİLƏCƏK

Cərimə meydançasına aparılan avtomobillərlə bağlı YENİ QAYDA

Cərimə meydançasına aparılan avtomobillərlə bağlı YENİ QAYDA

Ödənişli yollarla bağlı YENİLİK – Sürət həddi bu qədər olacaq

Ödənişli yollarla bağlı YENİLİK – Sürət həddi bu qədər olacaq

Xoşqədəm Hidayətqızının bacısı oğlu yeni vəzifəyə təyin edildi

Xoşqədəm Hidayətqızının bacısı oğlu yeni vəzifəyə təyin edildi

Xocalıda məskunlaşan əhalinin sayı AÇIQLANDI

Xocalıda məskunlaşan əhalinin sayı AÇIQLANDI

Beş deputat yeni vəzifəyə seçildi – ADLAR

Beş deputat yeni vəzifəyə seçildi – ADLAR

Marketlərdə polietilen torbalar yenidən BAHALAŞDI - FOTOFAKT

Marketlərdə polietilen torbalar yenidən BAHALAŞDI - FOTOFAKT

Digərinin yerinə də işləyənə əlavə maaş verilməlidir?

Digərinin yerinə də işləyənə əlavə maaş verilməlidir?

"BakuBus"ın sürücüsü niyə avtobus zolağı ilə hərəkət etmir? - VİDEO

"BakuBus"ın sürücüsü niyə avtobus zolağı ilə hərəkət etmir? - VİDEO

Zibeydə Bayramova yüksək vəzifəyə TƏYİN EDİLDİ

Zibeydə Bayramova yüksək vəzifəyə TƏYİN EDİLDİ

“Keçmiş məcburi köçkünlər evləri özləri tiksin” – Deputatdan TƏKLİF

“Keçmiş məcburi köçkünlər evləri özləri tiksin” – Deputatdan TƏKLİF

Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından məhrum edildi

Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından məhrum edildi

İlham Əliyevdən Estoniya Prezidentinə MƏKTUB

İlham Əliyevdən Estoniya Prezidentinə MƏKTUB

İşğaldan azad edilmiş ərazilərdə istehsal olunan məhsullar xarici bazarlara ÇIXIR

İşğaldan azad edilmiş ərazilərdə istehsal olunan məhsullar xarici bazarlara ÇIXIR

“Nyukasl”ın futbolçusu: “Qarabağ” çətin rəqibdir”

“Nyukasl”ın futbolçusu: “Qarabağ” çətin rəqibdir”

Bakıda bu rayonlarda yeni söküntülər olacaq - Ünvanlar

Bakıda bu rayonlarda yeni söküntülər olacaq - Ünvanlar

Son 10 ildə sənaye zonalarında 20 milyarda yaxın məhsul satılıb

Son 10 ildə sənaye zonalarında 20 milyarda yaxın məhsul satılıb

End of content

No more pages to load

RADİO