Bu gün gecə saat 2 radələrində Qaraməryəm-İsmayıllı -Şəki avtomobil yolunun Oğuz rayonunun Bayan kəndi ərazisindən keçən hissəsində “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, nəticədə sürücü, 23 yaşlı Səddam Allahverdiyev, sərnişinləri - 24 yaşlı Cəmil Şərifli və 25 yaşlı Okan Şərifli xəsarət alıb.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu