“Ali Məhkəmənin absurd qərarı ilə oyun oynamaq istəyən istənilən ölkə, xüsusilə də illər və hətta onilliklər boyu ABŞ-ı aldadan ölkələr, yaxın zamanda razılaşdıqları tarifdən qat-qat daha yüksək rüsumlarla üzləşəcək. Hətta bundan da pis nəticələr ola bilər. Alıcılar, diqqətli olun!”
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.
“Prezident kimi tariflərin təsdiqi üçün Konqresə yenidən müraciət etməyə ehtiyacım yoxdur. Bu təsdiq müxtəlif formalarda çoxdan verilib! Bunlar həmçinin Ali Məhkəmənin absurd və zəif əsaslandırılmış qərarı ilə yenicə təsdiqlənib”, - Tramp qeyd edib.


Bizim.Media