Mingəçevirdə 26 yaşlı gənc arvadını bıçaqlayıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu gün günorta saatlarında Mingəçevir şəhər sakini, 2000-ci il təvəllüdlü Emin Kərimov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 2003-cü il təvəllüdlü Təranə Kərimovaya yaşadıqları ünvanda kəsici alətlə xəsarətlər yetirib.
Qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır .
Faktla bağlı istintaq araşdırmaları aparılır.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu