Heç indinin gözləri də o gözlər deyil axı

Prezidenti İlham Əliyevin Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinin qeyd edilməsi haqqında bu gün imzaladığı sərəncam məni 30 il əvvələ apardı — uşaqlığın saf yaddaşına, o illərin kövrək, amma qürurlu duyğularına. Həmin vaxt — 1996-cı ildə böyük şairin 90 illik yubileyi ölkə səviyyəsində qeyd olunurdu. Naxçıvanın Cəhri kənd məktəbinin 6-cı sinifində oxuyurdum və məktəbimizdə S.Vurğunun yubiley tədbirlərinə hazırlaşırdıq.

O vaxtlar bizim balaca, həm də çox böyük dünyamıza bir də Səməd günəşi doğmuşdu: şövqlə şeirlərini əzbərləyib bütün günü dilimizdən düşürmürdük, misralar sinif otaqlarının divarlarına sığmır, ürəyimizə köçürdü:

Bir də görürsən ki, açılan solur,
Düşünən bir beyin bir torpaq olur.
Bir yandan boşalır, bir yandan dolur,
Sirrini verməyir sirdaşa dünya.

Ağır müharibə atəşkəslə yenicə dayanmış, ağrı-acımızla, dərd-sərimizlə baş-başa qaldığımız dönəmlərdə Səmədin poetik “Azərbaycan” xəritəsi bizim üçün sadəcə şeir deyildi - o, mənəvi dayaq idi. Məmməd Arazın vətəndaş poeziyası, Xəlil Rzanın səma-günəş kimi azadlıq istəyi, Bəxtiyar Vahabzadəın “Gülüstan”ı və “bir salama dəyməyən” ölmüş eşqi vətənçilik, məhəbbət və ümid məbədimiz kimi bizi ayaqda saxlayan mənəvi sütun idi…

Uşaq yaddaşı daim təzə qalır, o ölmür. O, zamanın tozunu qəbul etmir. S.Vurğunun həmin vaxt tədbirdə qiraət etdiyim “Ala gözlər” şeirini indi də tez-tez səsləndirirəm — hər dəfə sanki illər aradan çəkilir:

Yenə qılıncını çəkdi üstümə,
Qurbanı olduğum o ala gözlər.
Yenə cəllad olub durdu qəsdimə,
Qələm qaş altında piyala gözlər...

Düşünürəm ki, bir cüt ulduz kimi baş-başa verib, yanaraq camala şölə salan o gözləri indiki zamanda heç kim belə vəsf edə bilməz. Heç indinin gözləri də o gözlər deyil axı… 

Bəlkə də zamanın sürəti baxışların dərinliyini azaldıb.

İnternetin, süni zəkanın at oynatdığı bir dönəmdə çox şey adiləşib. Qarşına hər gün min rəngdə və min formada göz çıxır, təəccüblənmirsən, riqqətə gəlmirsən... yazılanlar, pozulanlar da çox zaman internetdəki gözlər qədər sadə və adi olur... Sözün çəkisi yüngülləşib, gözün baxışı sürətlənib. Günlərlə ünvana doğru yol gedən mürəkkəb qoxulu məktubları indi anlıq sms-lər, canlı videozənglər əvəz edib. 

O məktubların hər sətirində həsrət, intizar, gözlənti vardı.

İysiz-qoxusuz holland zanbaqları da nərgiz-yasəmən kimi tərənnüm edilmir. Onlar da çox soyuq və ruhsuz olub. Çox şey kimi onlar da pulla alınır, artıq dağ-dərədən dərilmir. 

Təbiətin özü də sanki bir az şəhərləşib.

Yerdən ayağını quş kimi üzüb, yay kimi dartılıb ox kimi süzən ceyranlar da Səmədin qələmində və ruhundakı kimi möhtəşəm deyil.

Onun misralarında təbiət nəfəs alırdı. Səmədin saçları ağarsa da, ürəyinin odu-atəşi həmişə yaxıb-yandıran idi:

Saç ağardı, ancaq ürək
Alovludur əvvəlki tək.
Saç ağardı, ancaq nə qəm!
Əlimdədir hələ qələm…

Bilirəm ki, deməyəcək
Bir sevgilim, bir də Vətən:
– Şair, nə tez qocaldın sən!

Səməd Vurğun ədəbiyyata xalq ruhu gətirib. Onun poeziyasında yüksək amallar, milli hisslər, vətənpərvərlik, azərbaycançılıq düşüncələri, bəşəri ideyalar sadə, eyni zamanda romantik bir vüsətlə tərənnüm edilib. O həm də “Vaqif”in ucalığıdır. İdeya-məzmun və bədii xüsusiyyətləri baxımından bu əsər Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrinin sırasına aid edilir. O, Vaqifin timsalında xalqın müdrikliyini, mənəvi zənginliyini, əyilməzliyini ifadə edən bir obraz yaradıb. Vicdana və yenilməzliyə abidə ucaldıb: 

“Əyilməz vicdanın böyük heykəli”!

“Azərbaycan” şeiri isə Vurğunun poeziyamıza vurduğu möhürdür — coğrafiyadır, tarix kitabıdır, sevgidir, milli kimliyimizin poetik xəritəsidir.

“Səməd Vurğun Azərbaycanın ədəbi fikir salnaməsində yeni parlaq mərhələ başladan görkəmli sənətkardır...”

İlham Əliyev


Dərin minnətdarlıq duyğusu ilə qarşıladığım bu günkü sərəncamla həm Səməd Vurğunu, həm də öz uşaqlığımı bir daha xatırladım. Poeziya elə ali hissdir ki, o istənilən yaşda adamı həm uşaq, həm də gənc saxlayır.

Səməd Vurğunun milli poeziyamızı yüksəklərə qaldıran romantik və fəlsəfi məzmunlu bənzərsiz lirikası Azərbaycan ədəbiyyatının qızıl fondunda əbədi yaşayacaq — zaman dəyişsə də, sözün ucalığı dəyişməyəcək.

SAHİL Tahirli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İrqçi davranışına görə "Real"la oyunu BURAXACAQ

İrqçi davranışına görə "Real"la oyunu BURAXACAQ

“Britaniya və Fransa Ukraynaya 5 minədək hərbçi göndərməyə hazırdır” - Zelenski

“Britaniya və Fransa Ukraynaya 5 minədək hərbçi göndərməyə hazırdır” - Zelenski

“Dolça”ları 2026-cı ildə nə gözləyir?- Maliyyənin yenidən qiymətləndirilməsi və...

“Dolça”ları 2026-cı ildə nə gözləyir?- Maliyyənin yenidən qiymətləndirilməsi və...

Tramp dünya ölkələrini XƏBƏRDARLIQ ETDİ: “Diqqətli olun!” - FOTO

Tramp dünya ölkələrini XƏBƏRDARLIQ ETDİ: “Diqqətli olun!” - FOTO

Bakı aeroportunda 3-cü terminal TİKİLƏCƏK

Bakı aeroportunda 3-cü terminal TİKİLƏCƏK

Böyük hesabla uduzdular, baş məşqçini GÖNDƏRDİLƏR

Böyük hesabla uduzdular, baş məşqçini GÖNDƏRDİLƏR

“SGS Azerbaijan” MMC-nin nümayəndə heyəti ADNSU-da - FOTO

“SGS Azerbaijan” MMC-nin nümayəndə heyəti ADNSU-da - FOTO

Mingəçevirdə ər arvadını BIÇAQLADI

Mingəçevirdə ər arvadını BIÇAQLADI

İran ABŞ-ın zərbəsinə Avropa və Yaxın Şərqdəki hədəflərə hücumlarla cavab verə bilər - KİV

İran ABŞ-ın zərbəsinə Avropa və Yaxın Şərqdəki hədəflərə hücumlarla cavab verə bilər - KİV

Baş Prokurorluqdan Müşfiq Abbasovun həbsi ilə bağlı AÇIQLAMA

Baş Prokurorluqdan Müşfiq Abbasovun həbsi ilə bağlı AÇIQLAMA

ABŞ səfirliyindəki yeyintiyə görə ittiham edilən şəxsə HÖKM OXUNDU

ABŞ səfirliyindəki yeyintiyə görə ittiham edilən şəxsə HÖKM OXUNDU

Bu şəxslərə kompensasiyaların verilməsi qaydaları DƏYİŞDİ

Bu şəxslərə kompensasiyaların verilməsi qaydaları DƏYİŞDİ

Paytaxt yollarında TIXAC VAR

Paytaxt yollarında TIXAC VAR

Renato “Zirə”nin transfer HƏDƏFİNDƏ

Renato “Zirə”nin transfer HƏDƏFİNDƏ

Müşfiq Abbasov həbs edildi

Müşfiq Abbasov həbs edildi

Cevdet Yılmaz Azərbaycana səfər edəcək

Cevdet Yılmaz Azərbaycana səfər edəcək

Prokurorluğa çağırılan Çelsi ölkədən QAÇDI

Prokurorluğa çağırılan Çelsi ölkədən QAÇDI

Zərdabda 5 günlük körpə niyə VƏFAT EDİB? - RƏSMİ AÇIQLAMA

Zərdabda 5 günlük körpə niyə VƏFAT EDİB? - RƏSMİ AÇIQLAMA

Qaradağın icra başçısının sabiq müavininin həbs müddəti UZADILDI

Qaradağın icra başçısının sabiq müavininin həbs müddəti UZADILDI

Mariya Stadnik Azərbaycan millisinin böyük məşqçisi TƏYİN EDİLDİ

Mariya Stadnik Azərbaycan millisinin böyük məşqçisi TƏYİN EDİLDİ

Dünyanın gözü ABŞ-da - Qlobal ticarət savaşı qiymət artımına gətirib çıxara bilər

Dünyanın gözü ABŞ-da - Qlobal ticarət savaşı qiymət artımına gətirib çıxara bilər

Heç indinin gözləri də o gözlər deyil axı

Heç indinin gözləri də o gözlər deyil axı

SON DƏQİQƏ! Sosial şəbəkədə təhqirə yol vermiş 6 nəfər məsuliyyətə cəlb edildi

SON DƏQİQƏ! Sosial şəbəkədə təhqirə yol vermiş 6 nəfər məsuliyyətə cəlb edildi

Bakıda 1,3 milyon manata məktəb tikiləcək

Bakıda 1,3 milyon manata məktəb tikiləcək

End of content

No more pages to load

RADİO