Xəbər verdiyimiz kimi, Şahbazov Fuad Nəzər oğlu Xaçmaz Rayon İcra Hakimiyyəti başçının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Fuad Şahbazov Nizami Rayon İcra Hakimiyyətinin başçısı Çoşqun Cəbrayılovun qayınıdır.
Qeyd edək ki, Fuad Şahbazov bu təyinata qədər başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu