Xəbər verdiyimiz kimi Xaçmaz şəhərində Azərbaycanın Dövlət bayrağına hörmətsizlik olunub. Xaçmaz Mənzil-Kommunal Təsərrüfatı İdarəsinin balansına məxsus ərazidə bayraqlar dayaqlarla birlikdə yerə atılıb.
Yerə atılmış dəmir dayaqların altında və kənar hissələrində bir neçə Dövlət bayrağı görünüb.
Məsələ Bizim.Media-da ictimailəşəndən sonra Xaçmaz Mənzil-Kommunal Təsərrüfatı İdarəsi dərhal hərəkətə keçib və yerə atılmış Azərbaycanın Dövlət bayraqlarını ərazidən götürüb.
MÖVZU İLƏ BAĞLI:
Xaçmazda RƏZALƏT – Rəsmi qurumun həyətində Dövlət bayraqlarımız YERƏ ATILDI – VİDEO
Ərazidən videogörüntünü təqdim edirik:
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu