Fövqəladə Hallar Nazirliyində (FHN) müavinlərin vəzifədən azad edilməsi dolayısı ilə təsdiqlənib.
Bizim.Media xəbər verir ki, nazirliyin rəsmi internet səhifəsində rəhbərlik bölməsində dəyişiklik edilib.
Belə ki, dünənədək həmin bölmədə nazir müavinləri kimi göstərilən general-leytenant Orucəli Hacıyev və general-leytenant Etibar Mirzəyevin adı siyahıdan çıxarılıb.
Xatırladaq ki, bir müddət əvvəl onların vəzifədən azad edilməsi ilə bağlı məlumat yayılmışdı. Lakin nazirlik bu məlumatı nə təkzib, nə də təsdiq etmişdi.
İndi generallar Orucəli Hacıyevlə Etibar Mirzəyevin adının FHN-in saytından çıxarılması onların vəzifədən azad edilməsini təsdiqləmiş olub.
Hazırda Fövqəladə Hallar Nazirliyinin saytında general-leytenant Rəfail Mirzəyev 1-ci müavin, tibb xidməti general-leytenantı Faiq Tağızadə, Tapdıq Əmiraslanov və Adil Abdullayevin isə müavinlər olaraq göstərilib. (Modern.az)
Bizim.Media