Bir müddət əvvəl səhhətinə görə DSX-nin Mərkəzi Aparatının rəisi vəzifəsindən ayrılan general-leytenant Babək Qurbanov yeni yüksək vəzifəyə gətirilib.
O, DSX-nin rəisi, general-polkovnik Elçin Quliyevin köməkçisi təyin olunub.
43 yaşlı general-leytenant Babək Qurbanov faktı Bizim.Media-ya təsdiqləyib.
Bildirib ki, hazırda məzuniyyətdədir, məzuniyyətdən sonra mülki əməkdaş kimi DSX rəisinin köməkçisi kimi işini davam etdirəcək.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu