İlkin hərbi qeydiyyat artıq "mygov"da!

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı çərçivəsində vətəndaşlar artıq bir sıra hərbi məlumatlarını "mygov" platforması üzərindən rahat, sürətli və təhlükəsiz şəkildə əldə edə bilərlər.

Xidmətdən Bizim.Media-ya verilən xəbərə görə, təqdim edilən yeni xidmətə əsasən, artıq 2026-cı ildə 15 yaşı tamam olacaq kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınması da bu platforma üzərindən aparılır.
 

Bunun üçün çağırışaqədərki yaş həddində olan vətəndaşın valideyni və ya hüquqi nümayəndəsi "Xidmətlər" bölməsinə daxil olmalı, "Hərbi" alt bölməsinə keçid etməli, daha sonra "İlkin hərbi qeydiyyat"ı seçməlidir.


Açılan yeni pəncərədə "Yeni müraciət"ə daxil olmalı, ekranda görünən cari il üçün 15 yaşı tamam olan övladının ad, soyad və ata adı qeyd olunan xananı seçməlidir.

Sonrakı mərhələdə övladının qısa tərcümeyi-halını yazmaq və ya fayl şəklində (pdf və ya şəkil formatında) əlavə etmək, orta təhsilini xarici ölkədə alanlar üçün isə müvafiq arayışı yükləmək, həmçinin mobil nömrəni qeyd etmək lazımdır.

Proseslə paralel olaraq valideynin "mygov" kabinetinə övladının tibbi müayinələrdən keçməsi ilə bağlı bildiriş məlumatı daxil olur. Müayinəni keçdikdən sonra çağırışaqədərki yaş həddində olan vətəndaş hərbi qeydiyyata götürülməli olduğu Xidmətin struktur bölməsinin hərbi həkim komissiyasına əyani baxış üçün yaxınlaşmalıdır.

Prosesin şəffaflığını təmin etmək məqsədilə valideynlər şəxsi kabinetlərindən göndərdiyi müraciətin icra vəziyyətini izləyə bilir, eyni zamanda ilkin hərbi qeydiyyata alınma prosesi bitdikdən sonra onlara bu barədə bildiriş göndərilir.

Məlumat üçün qeyd edək ki, artıq ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (kağız daşıyıcı) bu ildən ləğv olunub və bu proses yalnız "mygov" platforması üzərindən aparılır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bu platformanın həm dövlət qurumları, həm də vətəndaşlar üçün önəmli olmasından danışıb. Ölkə başçısının sözlərinə görə bu platforma vətəndaşlar üçün çox böyük üstünlüklər təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstəriləcək.
 

Dövlət Xidməti üçün də vətəndaşlara göstərilən xidmətlərin elektron qaydada həyata keçirilməsi prioritet məsələlərdən biridir və bu istiqamətdə işlər davam etdirilməkdədir.


Bu sahədə aparılan islahatlar və yeniliklər xidməti fəaliyyətdə şəffaflığın artırılması, korrupsiya hüquqpozmalarının qarşısının alınması, vətəndaş məmnunluğunun təmin edilməsi, həmçinin Silahlı Qüvvələrin sağlam çağırışçılarla vaxtında və keyfiyyətlə komplektləşdirilməsi, səfərbərlik sisteminin səmərəliliyinin artırılması məqsədini daşıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Azərsun Holdinq” jurnalistlər üçün süni intellekt mövzusunda təlim təşkil etdi - FOTO

"Azərsun Holdinq” jurnalistlər üçün süni intellekt mövzusunda təlim təşkil etdi - FOTO

Prokurorluqdan Şüvəlandakı qətllə bağlı AÇIQLAMA

Prokurorluqdan Şüvəlandakı qətllə bağlı AÇIQLAMA

Kəmaləddin Heydərovun müavinlərinin adı FHN-in saytından ÇIXARILDI

Kəmaləddin Heydərovun müavinlərinin adı FHN-in saytından ÇIXARILDI

Zabratda 3 gündür su yoxdur - Təmir nə vaxt bitəcək? - VİDEO

Zabratda 3 gündür su yoxdur - Təmir nə vaxt bitəcək? - VİDEO

“Bu verilişlərə istedadı, səsi olmayan müğənniləri dəvət edirlər”

“Bu verilişlərə istedadı, səsi olmayan müğənniləri dəvət edirlər”

Sabunçuda evlərin kameralarını sındırdılar, 10 min manatlıq naqilləri oğurladılar – VİDEO

Sabunçuda evlərin kameralarını sındırdılar, 10 min manatlıq naqilləri oğurladılar – VİDEO

Sabahın HAVASI: Çiskin, qar...

Sabahın HAVASI: Çiskin, qar...

Sabah Su çərşənbəsidir

Sabah Su çərşənbəsidir

Bakı əhalisinin DİQQƏTİNƏ: İş və dərs saatları dəyişir – VİDEO

Bakı əhalisinin DİQQƏTİNƏ: İş və dərs saatları dəyişir – VİDEO

Azərbaycanda orta məktəb müəllimi həbs edildi

Azərbaycanda orta məktəb müəllimi həbs edildi

Tofiq Zülfüqarovdan şok çağırış: "Arxivlər açılsın, "5-ci kolon" ifşa edilsin"

Tofiq Zülfüqarovdan şok çağırış: "Arxivlər açılsın, "5-ci kolon" ifşa edilsin"

“Qarabağ”ın legioneri QƏRARINI VERDİ

“Qarabağ”ın legioneri QƏRARINI VERDİ

Təqaüdə göndərilən 43 yaşlı generala yeni vəzifə verildi

Təqaüdə göndərilən 43 yaşlı generala yeni vəzifə verildi

Prezident BMT-nin bu Konvensiyasını təsdiqlədi

Prezident BMT-nin bu Konvensiyasını təsdiqlədi

Prezident minimum əmək haqqı ilə bağlı qanunu TƏSDİQLƏDİ

Prezident minimum əmək haqqı ilə bağlı qanunu TƏSDİQLƏDİ

Azərbaycan yanvarda tütün ixracını artırıb, idxalını azaldıb

Azərbaycan yanvarda tütün ixracını artırıb, idxalını azaldıb

Bu rayonda yenidən qurulan orta məktəb - FOTO

Bu rayonda yenidən qurulan orta məktəb - FOTO

Xaçmazda RƏZALƏT – Rəsmi qurumun həyətində Dövlət bayraqlarımız YERƏ ATILDI – VİDEO

Xaçmazda RƏZALƏT – Rəsmi qurumun həyətində Dövlət bayraqlarımız YERƏ ATILDI – VİDEO

Samirə Yusifqızı Mətanət Əsədovanı məhkəməyə verdi

Samirə Yusifqızı Mətanət Əsədovanı məhkəməyə verdi

İsrail ordusu HƏMAS-ın 1 kilometrlik gizli tunelini məhv etdi

İsrail ordusu HƏMAS-ın 1 kilometrlik gizli tunelini məhv etdi

Ağdərənin 4 kəndinə daha 63 ailə yola salındı - FOTO

Ağdərənin 4 kəndinə daha 63 ailə yola salındı - FOTO

Dilan Polat üçüncü dəfə ana olmağa hazırlaşır – FOTO/VİDEO

Dilan Polat üçüncü dəfə ana olmağa hazırlaşır – FOTO/VİDEO

İlham Əliyev Bruney Sultanını TƏBRİK ETDİ

İlham Əliyev Bruney Sultanını TƏBRİK ETDİ

Vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım alacaq – RƏSMİ

Vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım alacaq – RƏSMİ

End of content

No more pages to load

RADİO