Hərbi xidmətlə bağlı YENİLİK – Bu şəxslər üçün könüllü olacaq

Azərbaycanda hərbi xidmətə könüllü daxil ola və ya qəbul edilə biləcək şəxslərə dair tələblər dəyişir.

Bizim.Media “report.az”a istinadla xəbər verir ki, bununla bağlı "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə dəyişiklik təklif edilir.

Bununla bağlı qanun layihəsi parlamentin Gənclər və idman komitəsinin bugünkü iclasında müzakirə olunub.

Qeyd edilib ki, müddətdən artıq həqiqi hərbi xidmətə ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar qəbul edilə bilərlər.
 

Qüvvədə olan qanuna əsasən isə əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətinə qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlərdən, gizirlərdən və miçmanlardan başqa), habelə 19 yaşından 40 yaşınadək qadınlar qəəbul edilirdilər.


Əsasnaməyə əlavə edilməsi təklif olunan qeyd hissədə isə vurğulanır ki, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrinə qəbul edilərkən 18 yaşı tamam olmayan şəxslərlə bağlaşma onların qanuni nümayəndələrinin valideyninin, övladlığa götürənin və ya himayəçinin yazılı razılığı ilə bağlanılacaq.

"Qeyd"də bildirilir ki, Azərbaycanın hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrini (xarici ölkələrin analoji ali təhsil müəssisələrini) müvəffəqiyyətlə bitirərək ilk zabit hərbi rütbəsi almış Azərbaycan vətəndaşı olan hərbi qulluqçular, habelə müvafiq icra hakimiyyəti orqanında zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan, bu maddənin birinci hissəsinin "q" bəndində göstərilən vətəndaşlar (hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar) birbaşa kadr zabit heyətinə keçiriləcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İşğaldan azad edilmiş ərazilərdə daha neçə mina aşkarlanıb?

İşğaldan azad edilmiş ərazilərdə daha neçə mina aşkarlanıb?

"Azərsun Holdinq” jurnalistlər üçün süni intellekt mövzusunda təlim təşkil etdi - FOTO

"Azərsun Holdinq” jurnalistlər üçün süni intellekt mövzusunda təlim təşkil etdi - FOTO

Prokurorluqdan Şüvəlandakı qətllə bağlı AÇIQLAMA

Prokurorluqdan Şüvəlandakı qətllə bağlı AÇIQLAMA

Kəmaləddin Heydərovun müavinlərinin adı FHN-in saytından ÇIXARILDI

Kəmaləddin Heydərovun müavinlərinin adı FHN-in saytından ÇIXARILDI

Zabratda 3 gündür su yoxdur - Təmir nə vaxt bitəcək? - VİDEO

Zabratda 3 gündür su yoxdur - Təmir nə vaxt bitəcək? - VİDEO

“Bu verilişlərə istedadı, səsi olmayan müğənniləri dəvət edirlər”

“Bu verilişlərə istedadı, səsi olmayan müğənniləri dəvət edirlər”

Sabunçuda evlərin kameralarını sındırdılar, 10 min manatlıq naqilləri oğurladılar – VİDEO

Sabunçuda evlərin kameralarını sındırdılar, 10 min manatlıq naqilləri oğurladılar – VİDEO

Sabahın HAVASI: Çiskin, qar...

Sabahın HAVASI: Çiskin, qar...

Sabah Su çərşənbəsidir

Sabah Su çərşənbəsidir

Bakı əhalisinin DİQQƏTİNƏ: İş və dərs saatları dəyişir – VİDEO

Bakı əhalisinin DİQQƏTİNƏ: İş və dərs saatları dəyişir – VİDEO

Azərbaycanda orta məktəb müəllimi həbs edildi

Azərbaycanda orta məktəb müəllimi həbs edildi

Tofiq Zülfüqarovdan şok çağırış: "Arxivlər açılsın, "5-ci kolon" ifşa edilsin"

Tofiq Zülfüqarovdan şok çağırış: "Arxivlər açılsın, "5-ci kolon" ifşa edilsin"

“Qarabağ”ın legioneri QƏRARINI VERDİ

“Qarabağ”ın legioneri QƏRARINI VERDİ

Təqaüdə göndərilən 43 yaşlı generala yeni vəzifə verildi

Təqaüdə göndərilən 43 yaşlı generala yeni vəzifə verildi

Prezident BMT-nin bu Konvensiyasını təsdiqlədi

Prezident BMT-nin bu Konvensiyasını təsdiqlədi

Prezident minimum əmək haqqı ilə bağlı qanunu TƏSDİQLƏDİ

Prezident minimum əmək haqqı ilə bağlı qanunu TƏSDİQLƏDİ

Azərbaycan yanvarda tütün ixracını artırıb, idxalını azaldıb

Azərbaycan yanvarda tütün ixracını artırıb, idxalını azaldıb

Bu rayonda yenidən qurulan orta məktəb - FOTO

Bu rayonda yenidən qurulan orta məktəb - FOTO

Xaçmazda RƏZALƏT – Rəsmi qurumun həyətində Dövlət bayraqlarımız YERƏ ATILDI – VİDEO

Xaçmazda RƏZALƏT – Rəsmi qurumun həyətində Dövlət bayraqlarımız YERƏ ATILDI – VİDEO

Samirə Yusifqızı Mətanət Əsədovanı məhkəməyə verdi

Samirə Yusifqızı Mətanət Əsədovanı məhkəməyə verdi

İsrail ordusu HƏMAS-ın 1 kilometrlik gizli tunelini məhv etdi

İsrail ordusu HƏMAS-ın 1 kilometrlik gizli tunelini məhv etdi

Ağdərənin 4 kəndinə daha 63 ailə yola salındı - FOTO

Ağdərənin 4 kəndinə daha 63 ailə yola salındı - FOTO

Dilan Polat üçüncü dəfə ana olmağa hazırlaşır – FOTO/VİDEO

Dilan Polat üçüncü dəfə ana olmağa hazırlaşır – FOTO/VİDEO

İlham Əliyev Bruney Sultanını TƏBRİK ETDİ

İlham Əliyev Bruney Sultanını TƏBRİK ETDİ

End of content

No more pages to load

RADİO