Şəmkir rayonunda yol nəqliyyat hadisəsi Ukrayna vətəndaşının ölümü ilə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 1996-cı il təvəllüdlü Hakim Mustafayev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə Ukrayna Respublikasının vətəndaşı olan, Şəmkir şəhərində yaşayan 1968-ci il təvəllüdlü, piyada Şevçenko Nataşa Petrovnanı vurub.
Piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu