“Bookline” – Rəqəmsal Kitab Klubu və Mütaliə Platforması layihəsinə start verildi

“Bookline (book online) – Rəqəmsal Kitab Klubu və Mütaliə Platforması” layihəsinin icrasına başlanılıb.

Bizim.Media xəbər verir ki, layihə “Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi tərəfindən Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir. 

“Bookline” mütaliə mədəniyyətinin təşviqinə yönəlmiş innovativ rəqəmsal kitab klubu platformasıdır.

Layihənin əsas məqsədi oxumağı təkcə fərdi fəaliyyət kimi deyil, sosial, interaktiv və analitik müzakirə mühiti kimi təqdim etməkdir. Platforma kitablar ətrafında açıq dialoq yaratmağı, xüsusilə gənclər arasında davamlı oxu vərdişlərini formalaşdırmağı və müasir oxucu davranışını müzakirə predmetinə çevirməyi hədəfləyir. 3 ay davam edəcək layihə çərçivəsində YouTube platformasında video podkastlar yayımlanacaq. 
 

Buraxılışlarda yerli yazarlar və aktiv kitab blogerləri iştirak edərək müasir oxucu davranışı, kitab seçimi, sosial şəbəkələrin mütaliəyə təsiri, oxu mədəniyyətinin formalaşması və kitabların fərdi inkişafda rolu kimi aktual mövzular ətrafında fikir mübadiləsi aparacaqlar. Podkastlar açıq, analitik və maarifləndirici formatda təqdim olunacaq. 


Layihə yalnız video yayımlarla məhdudlaşmır. 

Eyni zamanda, auditoriya ilə interaktiv əlaqənin qurulması, izləyici rəylərinin toplanması və kitab icmasının genişləndirilməsi əsas prioritetlərdəndir. Məqsəd rəqəmsal məkanda aktiv və davamlı oxucu platforması formalaşdırmaqdır. Layihənin sonunda yazıçılar, kitab blogerləri və kitabsevərlərin iştirakı ilə yekun tədbir keçiriləcək, əldə olunan nəticələr və gələcək inkişaf perspektivləri ictimaiyyətə təqdim olunacaq.

“Bookline” rəqəmsal məkanda davamlı mədəni kontentin yaradılmasına, yerli ədəbi mühitin canlandırılmasına və oxucu icmasının genişlənməsinə xidmət edən uzunmüddətli sosial-mədəni təşəbbüs kimi fəaliyyət göstərəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu rayonda yenidən qurulan orta məktəb - FOTO

Bu rayonda yenidən qurulan orta məktəb - FOTO

Xaçmazda RƏZALƏT – Rəsmi qurumun həyətində Dövlət bayraqlarımız YERƏ ATILDI – VİDEO

Xaçmazda RƏZALƏT – Rəsmi qurumun həyətində Dövlət bayraqlarımız YERƏ ATILDI – VİDEO

Samirə Yusifqızı Mətanət Əsədovanı məhkəməyə verdi

Samirə Yusifqızı Mətanət Əsədovanı məhkəməyə verdi

İsrail ordusu HƏMAS-ın 1 kilometrlik gizli tunelini məhv etdi

İsrail ordusu HƏMAS-ın 1 kilometrlik gizli tunelini məhv etdi

Ağdərənin 4 kəndinə daha 63 ailə yola salındı

Ağdərənin 4 kəndinə daha 63 ailə yola salındı

Dilan Polat üçüncü dəfə ana olmağa hazırlaşır – FOTO/VİDEO

Dilan Polat üçüncü dəfə ana olmağa hazırlaşır – FOTO/VİDEO

İlham Əliyev Bruney Sultanını TƏBRİK ETDİ

İlham Əliyev Bruney Sultanını TƏBRİK ETDİ

Vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım alacaq – RƏSMİ

Vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım alacaq – RƏSMİ

Prezident bu şəxsləri təltif etdi – SİYAHI

Prezident bu şəxsləri təltif etdi – SİYAHI

Bu şəxslər aprelin 1-dən hərbi xidmətə ÇAĞIRILACAQ

Bu şəxslər aprelin 1-dən hərbi xidmətə ÇAĞIRILACAQ

Səməd Vurğunun 120 illiyi qeyd ediləcək – SƏRƏNCAM

Səməd Vurğunun 120 illiyi qeyd ediləcək – SƏRƏNCAM

"Ata olmaq istədim, amma alınmadı"

"Ata olmaq istədim, amma alınmadı"

İlkin hərbi qeydiyyat artıq "mygov"da!

İlkin hərbi qeydiyyat artıq "mygov"da!

İlham Əliyevdən Yaponiya İmperatoruna TƏBRİK MƏKTUBU

İlham Əliyevdən Yaponiya İmperatoruna TƏBRİK MƏKTUBU

Nazirlər Kabinetindən bu səlahiyyət alınır

Nazirlər Kabinetindən bu səlahiyyət alınır

İlham Əliyev iranlı naziri qəbul etdi – FOTO

İlham Əliyev iranlı naziri qəbul etdi – FOTO

Ötən ay ödənilən müavinət və Prezident təqaüdünün MƏBLƏĞİ AÇIQLANDI

Ötən ay ödənilən müavinət və Prezident təqaüdünün MƏBLƏĞİ AÇIQLANDI

Aparıcıya yazdığı şərh ona baha başa gəldi

Aparıcıya yazdığı şərh ona baha başa gəldi

Nəriman Axundzadə yeni komandasında 90 nömrəli formanı geyinəcək

Nəriman Axundzadə yeni komandasında 90 nömrəli formanı geyinəcək

Tolik Səidəni narkotik istifadəçisi olmaqda İTTİHAM ETDİ - VİDEO

Tolik Səidəni narkotik istifadəçisi olmaqda İTTİHAM ETDİ - VİDEO

Hərbi xidmətlə bağlı YENİLİK – Bu şəxslər üçün könüllü olacaq

Hərbi xidmətlə bağlı YENİLİK – Bu şəxslər üçün könüllü olacaq

Qubanın neft PERSPEKTİVİ - Xarici kapitalı necə cəlb edir? - TƏHLİL

Qubanın neft PERSPEKTİVİ - Xarici kapitalı necə cəlb edir? - TƏHLİL

Bakıda 53 yaşlı kişi qətlə yetirildi

Bakıda 53 yaşlı kişi qətlə yetirildi

“Beşiktaş”dan böyükhesablı qələbə - VİDEO

“Beşiktaş”dan böyükhesablı qələbə - VİDEO

End of content

No more pages to load

RADİO