Göyçayda ağır yol qəzası baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Göyçay–Bərgüşad avtomobil yolunda qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan üç minik avtomobili Toyota, VAZ 2107 və VAZ 2106 markalı avtomobillər toqquşub.
Nəticədə VAZ 2106 -nin sürücüsü 22 yaşlı Şamil Yusifov müxtəlif dərəcəli bədən xəsarəti alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub.
Xəsarət alan şəxs Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.


Bizim.Media, Aran bürosu