Ağstafada fermada kişi meyiti aşkarlanıb.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Poylu qəsəbəsində qeydə alınıb. Rayon sakini 1982-ci il təvəllüdlü F. Vəliyevin meyiti çoban işlədiyi fermada tapılıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Bizim.Media