Pensiya və müavinətlərlə bağlı YENİLİK

Azərbaycanda pensiya və sosial müavinətlərin hansı bank vasitəsilə alınması məsələsi yenidən gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, hazırda pensiyaçıların və sosial ödəniş alan vətəndaşların böyük hissəsi vəsaitlərini əsasən iki bank üzərindən əldə edir.

Bu isə xüsusilə ödəniş günlərində bankomatların qarşısında uzun növbələrin yaranmasına səbəb olur.
 

Mövcud sistemdə vətəndaşlar bank seçimi etmək imkanına malik deyil, kartlar avtomatik qaydada müəyyən banklar vasitəsilə sifariş edilir. Bir çox pensiyaçı hesab edir ki, seçim hüququnun olmaması həm rahatlıq, həm də xidmət baxımından məhdudiyyət yaradır. Onların fikrincə, əgər bankı özləri seçə bilsələr, daha əlverişli xidmət və şərtlərdən yararlanmaq mümkün olar.


Xüsusilə yaşlı insanlar üçün bankomat növbələri və əlavə prosedurlar çətinlik yaradır. Bəzi vətəndaşlar bildirirlər ki, fərqli banklara müraciət etməyə öyrəşmədikləri üçün mövcud sistemlə kifayətlənirlər. Digər tərəfdən, bəzi bankların komissiya haqları da narazılıq doğurur. Pensiyaçılar əlavə 2–5 manat xidmət haqqı ödəmək istəmədiklərini vurğulayırlar.

Beynəlxalq təcrübədə sosial ödənişlərin hansı bank vasitəsilə alınması vətəndaşın öz seçiminə əsaslanır. Banklar müştəriləri cəlb etmək üçün əlavə bonuslar, aşağı komissiyalar, keşbek kampaniyaları və digər üstünlüklər təklif edirlər. Bu model maliyyə sektorunda rəqabəti gücləndirir və xidmət keyfiyyətini artırır.

Azərbaycanda da bu istiqamətdə dəyişiklik planlaşdırılır. Azərbaycan Banklar Assosiasiyasından bildirilib ki, bank sektoru və aidiyyəti dövlət qurumları tərəfindən zəruri texniki və təşkilati hazırlıq işləri aparılır. Layihənin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Bu məsələ Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində də öz əksini tapıb.
 

Strategiyaya əsasən, vətəndaşların pensiya və müavinət ödənişlərini istənilən bank vasitəsilə almaq üçün bank seçimində sərbəstliyin təmin edilməsi planlaşdırılır. İlkin mərhələdə əməkhaqqı ödənişlərində seçim hüququnun tətbiqi prioritet hesab olunur. Daha sonra sistemin pensiya və sosial müavinətlərə də şamil ediləcəyi gözlənilir.


Qeyd edək ki, təxminən 1,2 milyon pensiya və sosial yardım alan vətəndaşın bank seçimi imkanı əldə etməsi bank sektoru üçün də iqtisadi baxımdan cəlbedici olacaq.

Bu yenilik banklar arasında rəqabəti artıracaq, xidmət haqlarına və komissiyalara təsir göstərəcək, eyni zamanda vətəndaş məmnuniyyətini yüksəldəcək. /Banker.az/

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Motosiklet qəzasında ölən Məhəmməd tələbə imiş

Motosiklet qəzasında ölən Məhəmməd tələbə imiş

Ramazan ayının beşinci gününün DUASI

Ramazan ayının beşinci gününün DUASI

35 yaşlı qadın dərmandan zəhərləndi

35 yaşlı qadın dərmandan zəhərləndi

ABŞ İranla müharibə astanasında: 70 təyyarə, 16 gəmi və 40 min hərbçi...

ABŞ İranla müharibə astanasında: 70 təyyarə, 16 gəmi və 40 min hərbçi...

Meksikada ABŞ-lı turistlər girov götürüldü

Meksikada ABŞ-lı turistlər girov götürüldü

İranla Rusiya 500 milyon avroluq məxfi sövdələşmə bağladı

İranla Rusiya 500 milyon avroluq məxfi sövdələşmə bağladı

"Arsenal" "Tottenhem"i məğlub etdi - VİDEO

"Arsenal" "Tottenhem"i məğlub etdi - VİDEO

Azərbaycanın artan beynəlxalq nüfuzu: Sülh Şurasında təmsilçilik nəyi dəyişəcək? - VİDEO

Azərbaycanın artan beynəlxalq nüfuzu: Sülh Şurasında təmsilçilik nəyi dəyişəcək? - VİDEO

Qış Olimpiya Oyunları başa çatdı

Qış Olimpiya Oyunları başa çatdı

Ağstafada fermadan meyit tapıldı

Ağstafada fermadan meyit tapıldı

Ölümcül xəstəliyiniz varsa, bədəndə bu dəyişikliklər baş verir

Ölümcül xəstəliyiniz varsa, bədəndə bu dəyişikliklər baş verir

Zelenski Lvov terroruna görə Rusiyanı günahlandırdı

Zelenski Lvov terroruna görə Rusiyanı günahlandırdı

Malayziyada 7.1 bal gücündə ZƏLZƏLƏ

Malayziyada 7.1 bal gücündə ZƏLZƏLƏ

"Barselona" çempionatda liderliyə yüksəldi - VİDEO

"Barselona" çempionatda liderliyə yüksəldi - VİDEO

Pensiya və müavinətlərlə bağlı YENİLİK

Pensiya və müavinətlərlə bağlı YENİLİK

Şəhid Cavidan Məmmədlinin xatirəsi belə anıldı - FOTO

Şəhid Cavidan Məmmədlinin xatirəsi belə anıldı - FOTO

Kürdəmirdə avtomobil 4 nəfəri vurdu: 2-si azyaşlıdır - FOTO

Kürdəmirdə avtomobil 4 nəfəri vurdu: 2-si azyaşlıdır - FOTO

"Qarabağ"dan ŞOK qərar: Sami Mmae əsas heyətdən kənarlaşdırıldı

"Qarabağ"dan ŞOK qərar: Sami Mmae əsas heyətdən kənarlaşdırıldı

Lənkəran və Masallıda canavar təhlükəsi: Kəndlər təşviş içində -FOTO/VİDEO

Lənkəran və Masallıda canavar təhlükəsi: Kəndlər təşviş içində -FOTO/VİDEO

Boris Conson: “Qərb qoşunları artıq Ukraynaya göndərilməlidir”

Boris Conson: “Qərb qoşunları artıq Ukraynaya göndərilməlidir”

İlon Mask həqiqətən xoşbəxt olub-olmadığını açıqladı

İlon Mask həqiqətən xoşbəxt olub-olmadığını açıqladı

Tusk sosial şəbəkədə Orbánla açıq polemikaya girdi

Tusk sosial şəbəkədə Orbánla açıq polemikaya girdi

Əraqçi ABŞ-ı bununla hədələdi: “Regiondakı hərbi bazalarını dağıdacağıq”

Əraqçi ABŞ-ı bununla hədələdi: “Regiondakı hərbi bazalarını dağıdacağıq”

Azərbaycan Rusiyaya elektrik enerjisi ixracını azaltdı

Azərbaycan Rusiyaya elektrik enerjisi ixracını azaltdı

End of content

No more pages to load

RADİO