600-dən yuxarı bal toplayaraq ali məktəbə qəbul olunan Cavidan vətənə xidməti bir şərəf, bir borc bilirdi. Elə şərəf borcunu yerinə yetirən zaman da şəhidlik zirvəsinə yüksəlib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəkidən olan şəhid Cavidan Məmmədli anım günündə böyük sevgi və ehtiramla anılıb.
Səhər saatlarından başlayaraq şəhidin ailə üzvləri, qazi və ictimaiyyət nümayəndələri Şəkidəki Şəhidlər xiyabanına gələrək Cavidanın, eləcə də digər şəhidlərin məzarını ziyarət edib, dualar oxuyub.
Daha sonra Şəki şəhər 4 nömrəli Uşaq Musiqi məktəbində məktəbin şəhid məzunu Cavidan Məmmədlinin anım gününə həsr olunmuş "Vətən məcnunu" adlı tədbir keçirilib.
Azərbaycanın dövlət himni səsləndirildikdən, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Cavidanın şərəfli ömür yolundan, hərbi xidmətə yollanmasından, düşmən gülləsinə tuş gəlməsinədək bütün xatirələr dilə gətirilib.
Şəhidlərə, eləcə də Cavidanan həsr edilən şerlər, bayatılar səsləndirilib.
Məktəbin müəllimlərindən ibarət ansamblın ifasında musiqi nömrələri səsləndirilib, şeirlər dinlənilib, şəhidin ömür yolundan bəhs edən videoçarx nümayiş etdirilib.






Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu