Şəki şəhər sakini, 57 yaşlı Rəsul İsmayılovun iş zamanı qəfil halı pisləşib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə yerinə dərhal Təcili tibbi yardım briqadası çağırılıb və müayinə zamanı 57 yaşlı kişinin vəfat etdiyi müəyyən olunub.
İlkin məlumata əsasən, R. İsmayılov ürəktutmadan ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Meyit müvafiq ekspertiza üçün aidiyyəti üzrə prosedurlardan keçirilib və ailəsinə verilib.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu