Astrologiyaya əsasən, ən çox xəyanət edən 3 bürc müəyyənləşdirilib.
Bizim.Media Türkiyə mətbuatına istinadla həmin bürcləri təqdim edir.
Xərçəng bürcü (21 iyun – 22 iyul)
Bu bürcün nümayəndələri olduqca emosional və həssas olurlar. Daxili güvənsizlik və şübhə hissi münasibətlərdə problemlərə yol aça bilər. Partnyorlarına qarşı etimadsızlıq və həddindən artıq həssaslıq bəzi hallarda xəyanətə meyil yarada bilər.
Şir bürcü (23 iyul – 22 avqust)
Diqqət və heyranlıq ehtiyacı onların zəif nöqtəsi hesab olunur. Yetərincə dəyər və sevgi gördüklərini hiss etmədikdə kənardan gələn marağa qarşı daha açıq ola bilərlər. Bununla belə, xoşbəxt və məmnun olduqları münasibətlərdə son dərəcə sadiq tərəfdaş ola bildikləri də vurğulanır.
Oğlaq (22 dekabr – 19 yanvar)
Oğlaq üçüncü sırada yer alır. Adətən soyuqqanlı və məntiqli olmaları ilə tanınan Oğlaqların xəyanət statistikasında ön sıralarda göstərilməsi diqqət çəkir. Onların planlı davranışları səbəbilə uzun müddət gizli münasibət saxlaya bildikləri qeyd olunur. (Musavat.com)
Bizim.Media