Gəncədə tələbə futbol oyunu zamanı dünyasını dəyişib.
Gəncədə tələbə futbol oynayarkən vəfat edib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 2007-ci il təvəllüdlü Təbriz Nuriyev Quba rayonundandır və o, Aqronomluq fakültəsinin ikinci kurs tələbəsidir.
Hazırda onun nəşi Məhkəmə Tibbi Ekspertiza və Patalogi Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə yerləşdirilib. Mərhumun ürək tutmasından vəfat etdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu