Cəlilabad rayonunun Buravar kəndi ərazisində iki mərtəbəli fərdi yaşayış evində yanğın olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, kənd sakini Amil Abdullayevə məxsus evdə başlayan alov qısa müddətdə bütün otaqlara yayılıb.
Hadisə yerinə Cəlilabad və Yardımlı rayonlarından yanğınsöndürən qüvvələr və texnika cəlb edilib. Yanğın söndürülməsinə baxmayaraq, ev tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
İlkin ehtimallara əsasən, yanğın elektrik naqillərində baş verən qısaqapanma nəticəsində yaranıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media