Salyanda xidməti vəzifəsini yerinə yetirərkən avtomobil ilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını vuran şəxsin kimliyi müəyyən olub.
MÖVZU İLƏ BAĞLI:
Yanan avtomobili söndürən FHN əməkdaşlarını maşın vurdu - Ölən var - YENİLƏNİB
Bizim.Media “Oxu.az”a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Ələt-Astara avtomobil yolunun 7-ci kilometrliyində qeydə alınıb.
Hadisə nəticəsində 44-BU-065 dövlət qeydiyyat nişanlı "Mercedes-benz Atego" markalı avtomobili idarə edən Hikmət Hüseynov Salyan rayonu istiqamətində hərəkətdə olarkən iki nəfər piyadanı vurub. Piyadaların biri hadisə yerində həyatını itirib, digəri xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media