Fevralın 21-i Beynəlxalq Ana Dili Günüdür

Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günüdür. Dil hər bir xalqın milli kimliyinin əsasını təşkil edir.

Bizim.Media Azərbaycan dilinin inkişafı və tətbiqi ilə bağlı ölkəmizdə görülən işlərə nəzər salır.

Tarixin sınaqlarından zəfərə doğru

Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsi üçün mühüm tədbirlər həyata keçirib. Hələ 1978-ci ildə Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsdiq edilməsi o dövr üçün böyük bir siyasi cəsarət idi.
 

Müstəqillik illərində isə - 2001-ci ildə latın qrafikasına tam keçid və hər il avqustun 1-nin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması dilimizin özünəqayıdış prosesini tamamladı. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi dilimizin dövlət dili kimi işlədilməsi, tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olub.


Bu sənəd Ümummilli Lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.

Dövlət siyasəti və təşəbbüslər

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dilinin qorunması məsələsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamları, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Xatırladaq ki, dövlətimizin başçısı AMEA-nın 80 illik yubiley yığıncağında çıxışı zamanı və bu il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində də Azərbaycan dilinin yad təsirlərdən qorunmasının vacibliyini vurğulayıb.

Müasir çağırışlar və qloballaşma

Hazırda Azərbaycan dilinin virtual məkanda təbliği istiqamətində böyük işlər görülür. Süni intellekt sistemlərində dilimizin tətbiqi, dünya ədəbiyyatı incilərinin kütləvi şəkildə ana dilimizə tərcümə olunaraq nəşr edilməsi gənc nəslin öz dilinə olan marağını artırır.
 

Bizim dilimiz təkcə poeziya dili deyil, həm də elm, texnologiya və diplomatiya dilidir. Dövlətin gördüyü işlər nə qədər böyük olsa da, dilin əsl qoruyucusu xalqdır. Sosial şəbəkələrdə yazarkən, gündəlik ünsiyyətdə olarkən dilimizin qaydalarına riayət etmək hər birimizin vətəndaşlıq borcudur.


Qeyd edək ki, 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Məqsəd dil və mədəni müxtəlifliyi təşviq etmək, çoxdilliliyi dəstəkləməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Velosiped sürənlərə XƏBƏRDARLIQ - Bu halda 70 manat CƏRİMƏLƏNƏCƏKLƏR

Velosiped sürənlərə XƏBƏRDARLIQ - Bu halda 70 manat CƏRİMƏLƏNƏCƏKLƏR

"Bəyənmədim, bunu etmək üçün gecikib"

"Bəyənmədim, bunu etmək üçün gecikib"

Üç gün sonra İLK çərşənbəni qeyd edəcəyik

Üç gün sonra İLK çərşənbəni qeyd edəcəyik

Rusiyada qəzaya uğramış helikopter və həlak olan üç şəxsin meyiti TAPILDI - FOTO

Rusiyada qəzaya uğramış helikopter və həlak olan üç şəxsin meyiti TAPILDI - FOTO

Salyanda daha əvvəl də narkotikin təsiri altında avtomobil idarə edən sürücü yenidən TUTULDU

Salyanda daha əvvəl də narkotikin təsiri altında avtomobil idarə edən sürücü yenidən TUTULDU

Yeni başlanğıc üçün ən şanslı BÜRCLƏR

Yeni başlanğıc üçün ən şanslı BÜRCLƏR

Sumqayıt-Laçın reysi fəaliyyətə BAŞLAYIR – Gedişhaqqının QİYMƏTİ

Sumqayıt-Laçın reysi fəaliyyətə BAŞLAYIR – Gedişhaqqının QİYMƏTİ

“İranı dərhal tərk edin” - Daha iki ölkədən çağırış

“İranı dərhal tərk edin” - Daha iki ölkədən çağırış

Yanan avtomobili söndürərkən faciəli şəkildə həyatını itirən FHN əməkdaşının FOTOSU

Yanan avtomobili söndürərkən faciəli şəkildə həyatını itirən FHN əməkdaşının FOTOSU

Zelenskidən ABŞ-a gözlənilməz TƏHDİD – Ukraynada çevriliş planı aktivləşdirilir?

Zelenskidən ABŞ-a gözlənilməz TƏHDİD – Ukraynada çevriliş planı aktivləşdirilir?

Salyanda FHN əməkdaşlarını avtomobillə vuran şəxsin kimliyi BİLİNDİ

Salyanda FHN əməkdaşlarını avtomobillə vuran şəxsin kimliyi BİLİNDİ

Rusiyada PUA hücumu: 11 nəfər yaralandı – FOTO

Rusiyada PUA hücumu: 11 nəfər yaralandı – FOTO

İlhamə Quliyevanın bacısı qızı həbsdən buraxıldı – FOTO

İlhamə Quliyevanın bacısı qızı həbsdən buraxıldı – FOTO

Kamçatkada güclü ZƏLZƏLƏ oldu

Kamçatkada güclü ZƏLZƏLƏ oldu

Yanan avtomobili söndürən FHN əməkdaşlarını maşın vurdu - Ölən var - YENİLƏNİB

Yanan avtomobili söndürən FHN əməkdaşlarını maşın vurdu - Ölən var - YENİLƏNİB

126 min manat ödədilər, nə ev var, nə də pul - VİDEO

126 min manat ödədilər, nə ev var, nə də pul - VİDEO

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

"Koti" ləqəbli tiktoter HƏBS EDİLDİ

"Koti" ləqəbli tiktoter HƏBS EDİLDİ

Bakının məşhur restoranlarında İFTAR qiymətləri – ARAŞDIRMA

Bakının məşhur restoranlarında İFTAR qiymətləri – ARAŞDIRMA

Saat 10:00-da işıq kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Saat 10:00-da işıq kəsiləcək – BU ƏRAZİLƏRDƏ

İsveçdə milli süni intellekt dil modeli yaradılacaq

İsveçdə milli süni intellekt dil modeli yaradılacaq

NASA martda Aya astronavt göndərməyi planlaşdırır

NASA martda Aya astronavt göndərməyi planlaşdırır

Təhlükəli xəstəliklərdən qoruyan UCUZ ÇAY

Təhlükəli xəstəliklərdən qoruyan UCUZ ÇAY

Fevralın 21-i Beynəlxalq Ana Dili Günüdür

Fevralın 21-i Beynəlxalq Ana Dili Günüdür

End of content

No more pages to load

RADİO