Gəncə şəhəri, E.Kəsəmənli küçəsində fəaliyyət göstərən çörək sexində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.
Bu barədə Bizim.Media-ya AQTA-dan bildirilib.
Qida obyektində keçirilmiş yoxlama zamanı sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, qida təhlükəsizliyi sahəsində qanunverciliyin tələbləri izah edilib və icrası məcburi göstərişlər verilib.


Bizim.Media