Şagirdlərin məktəbə hicabla gəlməsi təhsillə ziddiyyət yaradır – Açıqlama

Azərbaycanda məktəblərdə geyim qaydaları yenidən ictimai müzakirələrin mərkəzinə çevrilib. Belə ki, şagirdlərin vahid məktəbli formasına riayət etməsi ilə dini geyim seçimi arasında yaranan fikir ayrılığı cəmiyyətdə müxtəlif mövqelərin toqquşmasına səbəb olub. Bəziləri təhsil müəssisələrində ümumi qaydaların, nizam-intizamın qorunmasını vacib sayırsa, digər qrup valideyn və şagirdlərin inanc azadlığı, fərdi seçim hüququnun nəzərə alınmasının önəmini vurğulayır. Hüquqi və sosial çalarlar daşıyan bu məsələ hazırda cəmiyyət üçün aktual mövzulardan biri kimi qalmaqdadır.

Qanunvericilikdə yetkinlik yaşına çatmayan uşaqların dini ibadətlərə və dini geyimlərə məcbur edilməsi necə tənzimlənir? Uşaqların dini geyimləri məcburi şəkildə daşımaması və bu geyimlərlə məktəbə getməməsi üçün hansı tədbirlər görülə bilər?

Bizim.Media xəbər verir ki, “Globalinfo.az”a danışan Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib ki, Azərbaycanda dini etiqad azadlığı təmin olunur:

“Hər kəs öz dini baxışlarını sərbəst ifadə etmək hüququna malikdir. Bu baxımdan Azərbaycan dünyada nümunə göstərilə biləcək ölkələrdən biridir. Vətəndaşların dini ayinləri yerinə yetirməsində hər hansı problem yoxdur. Qanunvericiliyə əsasən, heç kim dini ayinlərin icrasına məcbur edilə bilməz. İnsanları dini mərasim və ya ibadətə məcbur etmək qanunla qadağandır. Digər tərəfdən nəzərə alınmalıdır ki, məktəb təlim-tədris müəssisəsidir və burada müəyyən edilmiş qaydalar qüvvədədir. Hər kəs dini etiqadında və ibadətində azaddır, lakin bu azadlıq qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilməlidir”.

Ceyhun Məmmədov


Deputat qeyd edib ki, ölkəmizdə məktəblərdə vahid forma tətbiq olunur:


“Bu qaydaya istisnasız olaraq hamı əməl etməlidir. Vahid məktəbli forması birmənalı olaraq şərtdir və hər kəs geyməlidir. Bu, ümumi qaydadır”.

Dinşünas Tural İrfan bildirib ki, yetkinlik yaşına çatmayan uşaqların dini inanclara və ya dini geyim kimi təqdim olunan geyimlərə məcbur edilməsi həm dini, həm də hüquqi baxımdan yolverilməzdir:

“İslamın mahiyyətinə görə geyim “dini” və ya “dinsiz” kimi təsnif edilmir. Din yalnız əxlaq normalarına uyğun geyinməyi tövsiyə edir və xüsusi dini geyim forması müəyyən etmir.

Sonradan formalaşmış bəzi ənənələr isə dini mahiyyətdən çox xurafat və mövhumat təsiri ilə meydana çıxıb. Uşaqların belə geyimlərə məcbur edilməsi bəzən təhsil sisteminin tələbləri ilə ziddiyyət yaradır. Halbuki dini yanaşmada elm və təhsil daha üstün dəyər kimi qiymətləndirilir, o cümlədən dində məcburiyyət prinsipi yoxdur. Bunun əksini iddia edən yanaşmalar ya dini düzgün anlamamaqdan, ya da başqa məqsədlərdən qaynaqlanır”.

Tural İrfan


Dinşünas əlavə edib ki, mövcud problemlər əsasən yanlış dini təbliğat və zəif maarifləndirmənin nəticəsidir:


“Xaricdə müxtəlif təsirlər altında formalaşmış şəxslərin ölkədə apardığı təhrif olunmuş dini təbliğat, eləcə də dini təhsili olmayan şəxslərin sosial şəbəkələr vasitəsilə yaydığı radikal fikirlər cəmiyyətə mənfi təsir göstərir. Bu istiqamətdə nəzarət gücləndirilməli, qanunvericilik çərçivəsində tədbirlər görülməlidir. Din xadimlərinin mövqeyi də xüsusi əhəmiyyət daşıyır.

Onlarla maarifləndirici iş aparılmalı, vahid yanaşma müəyyənləşdirilməlidir. Çünki inanclı təbəqəyə təsir imkanları genişdir. Eyni zamanda, uşaqların geyim məsələsinə görə təhsildən yayındırılmasına yol verilməməli, belə hallarda aidiyyəti qurumlar profilaktik tədbirlər görməlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əfqanıstanda GÜCLÜ ZƏLZƏLƏ oldu

Əfqanıstanda GÜCLÜ ZƏLZƏLƏ oldu

Bu bölgələrimizdə meşə yanğınları riski ARTIR – Ekoloqdan XƏBƏRDARLIQ

Bu bölgələrimizdə meşə yanğınları riski ARTIR – Ekoloqdan XƏBƏRDARLIQ

Ötən il ölkəmizdə 96 minə yaxın körpə DOĞULDU

Ötən il ölkəmizdə 96 minə yaxın körpə DOĞULDU

“Gör kim bizə barmaq silkələyib, qeyrət dərsi keçir” - VİDEO

“Gör kim bizə barmaq silkələyib, qeyrət dərsi keçir” - VİDEO

Mingəçevirdə qarğıdalı çubuqları emal edən müəssisədə nöqsanlar AŞKARLANDI - FOTO

Mingəçevirdə qarğıdalı çubuqları emal edən müəssisədə nöqsanlar AŞKARLANDI - FOTO

Rza Pəhləvi dini məzhəbləri İran rejiminə qarşı mübarizəyə qoşulmağa ÇAĞIRDI

Rza Pəhləvi dini məzhəbləri İran rejiminə qarşı mübarizəyə qoşulmağa ÇAĞIRDI

Məlahət Gözəlova yüksək vəzifəyə TƏYİN OLUNDU

Məlahət Gözəlova yüksək vəzifəyə TƏYİN OLUNDU

Ordubadın 8 kəndində İŞIQ OLMAYACAQ

Ordubadın 8 kəndində İŞIQ OLMAYACAQ

Azərbaycan Premyer Liqasının oyunları daha bir kanalda YAYIMLANACAQ

Azərbaycan Premyer Liqasının oyunları daha bir kanalda YAYIMLANACAQ

Şagirdlərin elektron yerdəyişməsi BAŞLAYIR

Şagirdlərin elektron yerdəyişməsi BAŞLAYIR

"200 əsgəri xilas etdi, özü şəhid oldu" - Qohumu Nofəl Əsgərovun döyüş yolundan DANIŞDI – VİDEO

"200 əsgəri xilas etdi, özü şəhid oldu" - Qohumu Nofəl Əsgərovun döyüş yolundan DANIŞDI – VİDEO

Bu federasiyanın adı DƏYİŞDİRİLDİ

Bu federasiyanın adı DƏYİŞDİRİLDİ

Uzun illərin əvəzolunmaz gənclik eliksiri - Cəmi 40 qəpiyə 10 yaş cavanlaşın

Uzun illərin əvəzolunmaz gənclik eliksiri - Cəmi 40 qəpiyə 10 yaş cavanlaşın

Eldar Məcidov və Anar Kərimov yeni vəzifəyə TƏYİN OLUNDU

Eldar Məcidov və Anar Kərimov yeni vəzifəyə TƏYİN OLUNDU

Nazir Firdovsi Tağıyevə YÜKSƏK VƏZİFƏ VERDİ

Nazir Firdovsi Tağıyevə YÜKSƏK VƏZİFƏ VERDİ

Şagirdlərin məktəbə hicabla gəlməsi təhsillə ziddiyyət yaradır – Açıqlama

Şagirdlərin məktəbə hicabla gəlməsi təhsillə ziddiyyət yaradır – Açıqlama

Kamal Abdullanın rəhbərlik etdiyi mərkəz Fərid Şəfiyevin sədri olduğu quruma BİRLƏŞDİRİLƏCƏK

Kamal Abdullanın rəhbərlik etdiyi mərkəz Fərid Şəfiyevin sədri olduğu quruma BİRLƏŞDİRİLƏCƏK

Azərbaycan səfirliyi BƏYANAT YAYDI - Vaşinqtondakı təxribatın YENİ DETALLARI

Azərbaycan səfirliyi BƏYANAT YAYDI - Vaşinqtondakı təxribatın YENİ DETALLARI

İki gün su olmayacaq – BU ƏRAZİLƏRDƏ

İki gün su olmayacaq – BU ƏRAZİLƏRDƏ

Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - FOTO

Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - FOTO

SON DƏQİQƏ! Tural Səmədzadə Azərbaycana ekstradisiya edildi

SON DƏQİQƏ! Tural Səmədzadə Azərbaycana ekstradisiya edildi

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Nofəl Əsgərov dəfn olundu – FOTO

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Nofəl Əsgərov dəfn olundu – FOTO

Asbestlə bağlı qadağa TƏSDİQLƏNDİ – Bu tarixdən qüvvəyə minəcək

Asbestlə bağlı qadağa TƏSDİQLƏNDİ – Bu tarixdən qüvvəyə minəcək

Azərbaycanda yeni büdcə təşkilatları yaradıldı – SİYAHI

Azərbaycanda yeni büdcə təşkilatları yaradıldı – SİYAHI

End of content

No more pages to load

RADİO