Xəbər verildiyi kimi bu gün paytaxtın Keşlə qəsəbəsində soyğunçuluq hadisəsi baş verib.
Bir neçə hicablı qadın Keşlə məscidinin yaxınlığındakı “Al Market” şəbəkəsinə məxsus mağazaya daxil olaraq kassirləri hədələyiblər və oradakı pulu götürüblər.
“Al Market”dən də hadisənin baş verdiyi təsdiqlənib. Bildirilib ki, bir qrup qaraçı olduğu ehtimal olunan qadın mağazadan oğurluq edib.
DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 5 nəfər müəyyən olunaraq saxlanılıb.
Şübhəlilər dilənçi və tüfeyli həyat sürən şəxslər olub.

Bizim.Media