Bakıda doğuşdan sonra ölən qadınla bağlı Kliniki Tibbi Mərkəz açıqlama verib.
Bizim.Media xəbər verir ki, qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, fevralın 7-də 1998-ci il təvəllüdlü şəxs (qadın) epiqastral nahiyədə ağrı, ürəkbulanma, qusma və hərarətin yüksəlməsi şikayətləri ilə Kliniki Tibbi Mərkəzin Ginekologiya şöbəsinə hospitalizasiya olunub.
MÖVZU İLƏ BAĞLI:
Bakıda qadın doğuşdan sonra dünyasını dəyişdi
Qeyd olunub ki, pasiyent 35 həftəlik hamiləliklə qəbul edilib:
"Aparılan klinik-laborator və instrumental müayinələrdən sonra müvafiq tibbi müdaxilə həyata keçirilib və çəkisi 2 300 qram, boyu 47 sm olan uşaq (kişi) dünyaya gəlib.
Doğuş prosesindən sonrakı dövrdə ananın vəziyyəti ağır olaraq qiymətləndirilib və müalicəsi Reanimasiya şöbəsində davam etdirilib.
Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, fevralın 19-da saat 08:20-də pasiyentin bioloji ölüm faktı qeydə alınıb".
Bizim.Media