Baba və nənə nəvəsini övladlığa götürə bilərmi? – Tələblər AÇIQLANDI

Azərbaycanda qanunun icazə verdiyi hallar nəzərə alınmaqla insanlar övladlığa uşaq götürə bilərlər. Qanunvericiliyə görə, uşağın baba-nənəsi, ögey ata və anası, həmçinin qohumları uşağı özlərinə övlad hesab edə bilərlər.

Bəs baba və nənənin öz nəvəsini övladlığa götürməsi üçün tələblər nədir? Yaş məhdudiyyəti varmı?

Yaranan suallarla bağlı hüquqşünas Ruslan Vəliyevin fikirlərini öyrəndik.

Hüquqşünas Bizim.Media-ya açıqlamasında bildirib ki, qanunvericilikdə nənə və babanın övladlığa götürülməsi ilə bağlı yaş məhdudiyyəti yoxdur:

“Digər tələblər var ki, övladlığa götürənlərə olan tələblərdir. Bu həm Ailə Məcəlləsi, həm də Nazirlər Kabinetinin müvafiq qərarı, həmçinin, Konstitusiya Məhkəməsinin plenium qərarları ilə tənzimlənir. İlkin tələb odur ki, şəxs fizioloji sağlam olmalıdır və tibb müəssisələrindən şəxsin sağlam olduğunu təsdiq edən sənədlər əldə olunmalıdır.
 

Nazirlər Kabinetinin övladlığa götürməyə icazəni istisna edən xəstəliklərin siyahısı var. Orada hansı kateqoriya xəstəliklər olduqda övladlığa götürmənin qadağan edildiyi əks olunub. Bu  xəstəliklərin olmaması ilə bağlı sənədlər olduqda, o cümlədən, Ailə Məcəlləsində göstərilən tələblərə riayət olunduqda şəxs öz nəvəsini övladlığa götürə bilər.


Amma bunun üçün mütləq şəkildə valideynlərin notarial qaydada razılığı tələb olunur və şəxslər bu məsələnin həll edilməsi üçün Sosial Xidmətlər Agentliyinin müvafiq şöbələrinə müraciət etməlidirlər. Həmin şöbə tərəfindən bu məsələlərə baxılır və müvafiq rəylər verilir”.

Xatırladaq ki, Ailə Məcəlləsinin 121-ci maddəsində qeyd edilib ki, ögey ata (ögey ana), habelə qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olan şəxslərdən biri (ər-arvad) üçün aşağı yaş həddi 25, nikahda olmayanlar üçün 30 yaşdır.

Həmçinin, övladlığa götürmək istəyən subay şəxslə övladlığa götürülən uşağın arasındakı 18 yaş fərqi tələbi də baba və nənəyə aid edilmir.

Bəs kimlər övladlığa uşaq götürə bilməz?

Ailə Məcəlləsinə görə, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər, məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər, qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış şəxslər, əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş şəxslər, səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər, həmçinin, ağır cinayətlər törədən şəxslərin övladlığa uşaq götürülməsinə icazə verilmir.

Onu da qeyd edək ki, övladlığa uşaq götürən şəxsin ailədə adambaşına düşən orta aylıq gəliri də əsas şərtlər arasındadır. Lakin baba və nənəyə bu aid edilmir.

Uşaqlar valideynlərin razılığı olmadan övladlığa verilmə halları istisna olmaqla onların razılığı ilə övladlığa verilə bilər. O cümlədən, baba və nənəyə...

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Velosiped sürənlərə XƏBƏRDARLIQ - Bu halda 70 manat CƏRİMƏLƏNƏCƏKLƏR

Velosiped sürənlərə XƏBƏRDARLIQ - Bu halda 70 manat CƏRİMƏLƏNƏCƏKLƏR

"Bəyənmədim, bunu etmək üçün gecikib"

"Bəyənmədim, bunu etmək üçün gecikib"

Üç gün sonra İLK çərşənbəni qeyd edəcəyik

Üç gün sonra İLK çərşənbəni qeyd edəcəyik

Rusiyada qəzaya uğramış helikopter və həlak olan üç şəxsin meyiti TAPILDI - FOTO

Rusiyada qəzaya uğramış helikopter və həlak olan üç şəxsin meyiti TAPILDI - FOTO

Salyanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü yenidən TUTULDU

Salyanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü yenidən TUTULDU

Yeni başlanğıc üçün ən şanslı BÜRCLƏR

Yeni başlanğıc üçün ən şanslı BÜRCLƏR

Sumqayıt-Laçın reysi fəaliyyətə BAŞLAYIR – Gedişhaqqının QİYMƏTİ

Sumqayıt-Laçın reysi fəaliyyətə BAŞLAYIR – Gedişhaqqının QİYMƏTİ

“İranı dərhal tərk edin” - Daha iki ölkədən çağırış

“İranı dərhal tərk edin” - Daha iki ölkədən çağırış

Yanan avtomobili söndürərkən faciəli şəkildə həyatını itirən FHN əməkdaşının FOTOSU

Yanan avtomobili söndürərkən faciəli şəkildə həyatını itirən FHN əməkdaşının FOTOSU

Zelenskidən ABŞ-a gözlənilməz TƏHDİD – Ukraynada çevriliş planı aktivləşdirilir?

Zelenskidən ABŞ-a gözlənilməz TƏHDİD – Ukraynada çevriliş planı aktivləşdirilir?

Salyanda FHN əməkdaşlarını avtomobillə vuran şəxsin kimliyi BİLİNDİ

Salyanda FHN əməkdaşlarını avtomobillə vuran şəxsin kimliyi BİLİNDİ

Rusiyada PUA hücumu: 11 nəfər yaralandı – FOTO

Rusiyada PUA hücumu: 11 nəfər yaralandı – FOTO

İlhamə Quliyevanın bacısı qızı həbsdən buraxıldı – FOTO

İlhamə Quliyevanın bacısı qızı həbsdən buraxıldı – FOTO

Kamçatkada güclü ZƏLZƏLƏ oldu

Kamçatkada güclü ZƏLZƏLƏ oldu

Yanan avtomobili söndürən FHN əməkdaşlarını maşın vurdu - Ölən var - YENİLƏNİB

Yanan avtomobili söndürən FHN əməkdaşlarını maşın vurdu - Ölən var - YENİLƏNİB

126 min manat ödədilər, nə ev var, nə də pul - VİDEO

126 min manat ödədilər, nə ev var, nə də pul - VİDEO

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

"Koti" ləqəbli tiktoter HƏBS EDİLDİ

"Koti" ləqəbli tiktoter HƏBS EDİLDİ

Bakının məşhur restoranlarında İFTAR qiymətləri – ARAŞDIRMA

Bakının məşhur restoranlarında İFTAR qiymətləri – ARAŞDIRMA

Saat 10:00-da işıq kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Saat 10:00-da işıq kəsiləcək – BU ƏRAZİLƏRDƏ

İsveçdə milli süni intellekt dil modeli yaradılacaq

İsveçdə milli süni intellekt dil modeli yaradılacaq

NASA martda Aya astronavt göndərməyi planlaşdırır

NASA martda Aya astronavt göndərməyi planlaşdırır

Təhlükəli xəstəliklərdən qoruyan UCUZ ÇAY

Təhlükəli xəstəliklərdən qoruyan UCUZ ÇAY

Fevralın 21-i Beynəlxalq Ana Dili Günüdür

Fevralın 21-i Beynəlxalq Ana Dili Günüdür

End of content

No more pages to load

RADİO