Daha bir qadın şəhidimiz dəfn olundu – FOTO

İtkin şəhid Zibeydə Əhmədova Xocalıda dəfn olunub.

Uzun illər itkin kimi qeydiyyatda olan şəhid Zibeydə Bədəl qızı Əhmədovanın nəşinin qalıqları, 34 ildən sonra aşkar edilərək, bu gün fevralın 20-də Xocalı şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, 1938-ci il təvəllüdlü Zibeydə Əhmədova Xankəndi şəhərində doğulub.

1988-ci ildə Xankəndi şəhərindən məcburi köçkün düşərək Xocalı rayonunda məskunlaşıb. O, 1992-ci il fevralın 26-da Xocalı faciəsi zamanı itkin düşüb. O zaman 54 yaşı olub.

İşğaldan azad olunmuş ərazilərdə aparılan araşdırmalar zamanı onun meyitinin qalıqları Ağdərə rayonu ərazisində aşkar edilib. Müvafiq dövlət qurumları tərəfindən aparılan genetik ekspertiza və identifikasiya prosesindən sonra qalıqlar ailəsinə təhvil verilib.
 

Qeyd edək ki, şəhid Zibeydə Əhmədovanın dəfn mərasimində Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, şəhər sakinləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və şəhidin yaxınları iştirak ediblər. Şəhidin tabutuna bükülən Azərbaycan bayrağı onun tək övladı olan oğlu Fəxrəddin Əhmədova təqdim edilib.


Xatırladaq ki, Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən 17 itkin-şəhiddən 2-si qadındır. Onlardan Qarayeva Mehriban Arif qızı hərbçi, Əhmədova Zibeydə Bədəl qızı mülki şəxsdir. M.Qarayeva fevralın 20-də Sumqayıt Şəhidlər xiyabanında, Z.Əhmədova isə Xocalı Şəhidlər xiyabanında dəfn edilib.








Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AAYDA-da kütləvi ixtisar var? - RƏSMİ CAVAB

AAYDA-da kütləvi ixtisar var? - RƏSMİ CAVAB

Bərdədə itkin şəhid Qılman Hacıyevlə vida mərasimi keçirildi – FOTO

Bərdədə itkin şəhid Qılman Hacıyevlə vida mərasimi keçirildi – FOTO

Bakı Lokomotiv Deposunun sökülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Bakı Lokomotiv Deposunun sökülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Bakıda qeyri-adi hadisə: Qızına şillə vuran ata həbs olunmasını istədi

Bakıda qeyri-adi hadisə: Qızına şillə vuran ata həbs olunmasını istədi

Messi və Suaresin övladlarının qol sevinci gündəm oldu – FOTO

Messi və Suaresin övladlarının qol sevinci gündəm oldu – FOTO

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Qurban Göyüşov dəfn olundu – FOTO

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Qurban Göyüşov dəfn olundu – FOTO

Zelenskidən hərbi əməliyyatlarla bağlı ƏMR: Daha üç il...

Zelenskidən hərbi əməliyyatlarla bağlı ƏMR: Daha üç il...

Azərbaycana yaz fəsli BU TARİXDƏ daxil olacaq – Saat AÇIQLANDI

Azərbaycana yaz fəsli BU TARİXDƏ daxil olacaq – Saat AÇIQLANDI

Rusiya keniyalıları da aldadıb, müharibəyə göndərirmiş... – DETALLAR

Rusiya keniyalıları da aldadıb, müharibəyə göndərirmiş... – DETALLAR

Azərbaycan UEFA reytinqində GERİLƏDİ

Azərbaycan UEFA reytinqində GERİLƏDİ

Çinli turistləri daşıyan mikroavtobus Baykal gölündə batdı: 8 nəfər öldü

Çinli turistləri daşıyan mikroavtobus Baykal gölündə batdı: 8 nəfər öldü

Qadınların hərbi xidmət keçməsi ilə bağlı YENİLİK

Qadınların hərbi xidmət keçməsi ilə bağlı YENİLİK

Meyxanaçı Samirənin müğənni qızı SAXLANILDI

Meyxanaçı Samirənin müğənni qızı SAXLANILDI

Fevralın 21-də 21 dərəcə isti olacaq – PROQNOZ

Fevralın 21-də 21 dərəcə isti olacaq – PROQNOZ

"Turan Tovuz" "Zirə"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı

"Turan Tovuz" "Zirə"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı

Azərbaycanda Sİ və data mühəndisləri hazırlanacaq

Azərbaycanda Sİ və data mühəndisləri hazırlanacaq

Elektron siqaretlərdən istifadə edənlər cərimə OLUNACAQ – MƏBLƏĞ

Elektron siqaretlərdən istifadə edənlər cərimə OLUNACAQ – MƏBLƏĞ

Deputat: “Sürücülər yolu soruşa-soruşa gedir, turistlər azır...”

Deputat: “Sürücülər yolu soruşa-soruşa gedir, turistlər azır...”

“O iki müğənnini verilişimə dəvət etməyəcəyəm"

“O iki müğənnini verilişimə dəvət etməyəcəyəm"

Məcburi köçkündən ev sahibinə 10 minlik “hədiyyə” - Video

Məcburi köçkündən ev sahibinə 10 minlik “hədiyyə” - Video

Gömrük terminalında maşının altından meyit tapıldı

Gömrük terminalında maşının altından meyit tapıldı

Yarıçılpaq videolarını paylaşan bloger cəzalandırıldı - Yeni maddə ilə - FOTO

Yarıçılpaq videolarını paylaşan bloger cəzalandırıldı - Yeni maddə ilə - FOTO

Xocavənd şəhəri və Xocavənd kəndinə İLK KÖÇ: 194 nəfər qayıdır – FOTO

Xocavənd şəhəri və Xocavənd kəndinə İLK KÖÇ: 194 nəfər qayıdır – FOTO

Yevlaxda qaz kəsiləcək – BU TARİXDƏ

Yevlaxda qaz kəsiləcək – BU TARİXDƏ

End of content

No more pages to load

RADİO